"Xəzər Lənkəran", "Bakı" və "inter"in Avroliqa həyəcanı bazlayır

img

05-07-2012 [10:41]


[b]Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. Azərbaycan təmsilçiləri - "Bakı", "Xəzər Lənkəran" və "İnter" də mübarizəyə qoşulacaq.[/b] Klublarımızdan ilk olaraq "Xəzər Lənkəran" meydana çıxacaq. Yunis Hüseynovun komandası Lənkəran şəhər stadionunda Estoniyanın "Nomme Kalyu" klubunu qəbul edəcək. Estoniya təmsilçisi hazırda ölkə çempionatının lideri olmasına baxmayaraq, "Xəzər Lənkəran" bu cütün əsas favoriti hesab olunur. Bakının "İnter" klubu isə Estoniyanın digər təmsilçisi ilə qarşılaşacaq. Səfərdə "Trans" (Narva) klubunun qonağı olacaq Kaxaber Sxadadzenin komandası ilk oyundan sərfəli nəticə ilə ayrılmağa çalışacaq. Qeyd edək ki, "Trans" hazırda Estoniya çempionatında turnir cədvəlinin 5-ci pillədə qərarlaşıb. Paytaxtın "Bakı" klubu isə "Dalğa Arena"da Sloveniyanın "Mura" komandası ilə üz-üzə gələcək. İki illik fasilədən sonra yenidən Avrokuboka qayıdan "zolaqlılar"ın ilk sınağı məhz doğma azarkeşləri önündə olacaq. Qeyd edək ki, "Bakı" Sloveniyada təlim-məşq toplanışı çərçivəsində "Mura" ilə keçirdiyi yoldaşlıq görüşündə rəqibini 4:0 hesabı ilə məğlub etmişdi. Qeyd edək ki, "Xəzər Lənkəran" cavab matçını iyulun 10-da, "İnter" və "Bakı" isə bir həftə sonra - iyulun - 12-də keçirəcək. [b]5 iyul[/b] Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları 20:00. "Xəzər Lənkəran" (AZƏRBAYCAN) ? "Nomme Kalyu" (Estoniya) 20:30. "Trans" (Estoniya) - "İnter" (AZƏRBAYCAN) 21:00. "Bakı" (AZƏRBAYCAN) ? "Mura" (Sloveniya)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA