Deputatın köməkçisi baz redaktorun qardazını vurub qaçdı

img

03-07-2012 [05:13]


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ?Xural? qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə saat 11.00-a təyin olunsa da, prosesdə iştirak etmək istəyən Əvəz Zeynallının yaxınları içəri buraxılmayıb. Bir saata yaxın gərginlik yaşandıqdan sonra məlum olub ki, zala məhkəmə başlamazdan bir saat əvvəl prosesdə zərərçəkmiş qismində ifadə verməyə gələn ?Azərbaycan? nəşriyyatının direktoru Ağabəy Əsgərovu müşadihə edən onlarla şəxs daxil olub. Bu cür duruma qəti etirazını bildirən Əvəz Zeynallının israrlarından sonra hakim Ramella Allahverdiyeva məhkəmə zalının boşaldılmasını tələb edib. İştirakçılar məhkəməni tərk etdikdən bir müddət sonra yenidən zala daxil olublar. Bu dəfə də məlum olub ki, tək Ağabəy Əsgərovu deyil, baş redaktor haqqında şikayət ərizəsi ilə BaşProkuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edən hakim YAP-ın üzvü, deputat Gülər Əhmədovanı da müşayət edən onlarla şəxs zala daxil olub. Məhkəmənin ilk dəqiqələrindən onlar zalda gərginlik yaratmağa, prosesin gedişinə təzyiq etməyə çalışıblar. Zərərçəkmiş qismində ifadə verən ?Azərbaycan? nəşriyyatının direktoru Ağabəy Əsgərov Ə.Zeynallını şəxsən tanımadığını, nəşriyyat haqqında ?Xural? qəzetində dərc olunan materiallardan sonra şərəf və ləyaqətinin təhqir olunduğunu düşünərək məhkəməyə müraciət etdiyini, məhkəmənin Əvəz Zeynallıdan onun xeyrinə çıxardığı 1000 manat şərəf və ləyaqətə? görə cərimənin, eləcə də təkzibin verilməsi tələbinin bu günədək yerinə yetirilmədiyini, ona görə də jurnalist həbs olunduqdan sonra KQMİ-nə çağrılaraq zərərçəkmiş olması ilə bağlı ifadə verdiyini söyləyib. Vəkil Elçin Sadıqovun, ?Aranızda məhkəmə çəkişməsi 2008-ci ildə olduğu halda, həmin müddətdə mənəvi əzab çəkdiyiyinizi düşünməmisiniz, bu qədər fasilədən sonra məhz Ə.Zeynallı həbs olunduqdan sonra zərərçəkmiş olduğunuz yadınıza düşüb?? sualına A.Əsgərov, ?mən fikirləşdim ki, əgər bu qəzet mənim şərəf və ləyaqətimə toxunan materiallar dərc edibsə, o zaman niyə mənə bu pulu ödəmir? Mən pulu alıb yetimlər evinə verəcəm?. E.Sadıqov Əvəz Zeynallının məhkəmə qərarı ilə kəsilən cərimənin 670 manatını ödəməsi və qəzetin qərar əsasında razılaşdırılmış təkzibi dərc etdiyini məhkəmənin diqqətinə çatdırdı. A.Əsgərovdan, ?Siz o pul haqda niyə maraqlanmamısınız?? sualına ?Ə.Zeynallı həmin pulu hissə-hissə ödəyirdi, mən gözləyirdim, 1000 manat olsun, sonra pulu götürüm?cavabını verdi. Vəkil ?Xural qəzetinin müsadirə olunmuş əmlakının hazırda hərraca çıxarıldığını və onların satışı baş tutduğu təqdirdə ?zərərçəkmişlər?əödəniləcəyini dedi və A.Əsgərova üzünü tutaraq, ?Bəs onda siz Ə.Zeynallı tərəfindən hansı əsasla ?zərərçəkmiş olduğunuzu iddia edirsiniz?? sualını verdi. E.Sadıqov bildirdi ki, bütün bunlardan çıxan nəticə odur ki, Ə.Zeynallı haqqında qaldırılmış CM-nin 306.2 maddəsinin heç bir hüquqi əsası yoxdur. Daha sonra məhkəmə zalına şahid qismində ifadə vermək üçün dəvət olunan Gülər Əhmədova Ə.Zeynallının üzərinə hücum çəkərək, ?bəsdir, bu qədər adamı burada təhqir etdin. Mən sənə yerini göstərdim, yaxşı da elədim. Bundan sonra pul istəməyin nə olduğunu bilərsən. Məhkəmə nəzarətçilərinin ciddi müdaxiləsindən, G.Əhmədovanı çətinliklə sakitləşdirib qəfəsin yanından uzaqlaşdırandan sonra, baş redaktor bu dəfəki məhkəmə prosesinə deputatın çağırılması haqda ona heç bir məlumatın verilmədiyini, o səbəbdən də müdafiəsi üçün lazım olan sənədlərin yanında olmadığını əsas gətirərək, məhkəmin təxirə salınmasını istədi. Dövlət ittihamçısı Ramazan və hakim R.Allaverdiyevanın etirazlarından sonra Ə.Zeynallı vəkildən və danışmaqdan imtina etdiyini dedi və vəkil E.Sadıqov hakimin hədə və təhdidlərinə əhəmiyyət vermədən məhkəmə zalını tərk etdi. Bu vaxt G.Əhmədovanın köməkçisi Əhməd Şahidov Ə.Zeynallının bir qədər aralıda əyləşən qardaşına gözlənilmədiyi halda arxadan şillə vurdu, çaşqınlıq içində nələrin baş verdiyindən xəbərsiz olan R.Zeynallı arxaya dönmək istərkən onun yan tərəfdən qarın nayihəsinə ağır təpik zərbəsi vuraraq məhkəmə nəzarətçilərinin arxasına qaçıb gizləndi. Əhməd Şahidov hər 2 qolundan tutularaq nəzarətçilər tərəfindən məhkəmə zalından çölə atıldı və bir daha zala qayıtmasına qadağa qoyuldu. Bu arada G.Əhmədova üzünü Ə.Zeynallıya tutaraq onu nalayiq sözlərlə təhqir etməyə başladı. Hakim vəziyyətin qarışdığını görüb fasilə elan etdi. Fasilədən sonra G.Əhmədova verdiyi ifadədə Ə.Zeynallı ilə hər zaman yaxşı münasibətlərinin olduğunu və aralarında narazılığın ?Mərkəz? qəzetinə təyin etdiyi baş redaktor N.Almanqızının ona məxsus külli miqdarda pulu mənimsəyərək xaricə qaçdığını və bu haqda ?Xural? qəzetinin anons dərc etdiyini dedi: ?Mən dəfələrlə bu adama başa saldım ki, mənim haqqımda qəzetində nə yaxşı, nə də pis yazı vermə, yoxsa sənə pis olar. Razılaşdıq ki, mən ona 10 min manat verəcəm və o bu yazıları dayandıracaq. Mən bu vəzifədə sonadək qalmayacam ki, amma mən anayam. Qorxdum ki, mənim oğlanlarım bunu öldürsünlər, əlləri qana batsın. Oğlanlarımı ona görə oxutmuram ki, türmədə yatsınlar. Ona görə də ona nə lazımdırsa edəcəyimə söz verdim. Ramella xanım, Avropada bizim əxlaq yoxdur. Onlar belə şeyləri başa düşmürlər. Sonra fikirləşdim ki, mən niyə ona pul verməliyəm ey. Mən ona dəfələrlə xəbərdarlıq etmişəm. Haqqımda yazılar dərc etdiyi üçün mən də nə lazımdırsa edə biləcəyimi başa salmışam. O məni dinləmədi, mən də ona layiq olduğu yeri göstərdim.? Prosesdə iştirak edən G.Əhmədovanın qardaşı, ANS-in ?Günəbaxan? verilişinin aparıcısı İlqar Mikayıloğlu da Ə.Zeynallıya üzünü tutaraq təhqiramiz və hədə-qorxu ifadələri işlətdi. "Bizim yol" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR