BAMF-ın hazırladığı ?Sağlam həyat tərzi? adlı təlim materialı çapdan çıxıb

img

12-06-2012 [11:03]


UNICEF-n dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi ?Azərbaycan Gənclərinə Dəstək Proqramı? layihəsi çərçivəsində hazırlanan ?Sağlam həyat tərzi? adlı təlim materialı-kitab çap edilib. BAMF-ın proqram departamenti tərəfindən hazırlanmış kitab UNİCEF-in Azərbaycan ofisinin gənclər və yeniyetmələr departamenti tərəfindən dəstəklənmişdir. Doqquz fəsildən ibarət təlim vəsaitində layihədə nəzərdə tutulduğu kimi 6 istiqamət üzrə-narkotikadan istifadə, erkən evlilik, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, gənclərin sosial-iqtisadi inkişaf proseslərində iştirakı və zəif, unudulmuş insanların cəmiyyətə inteqrasiyası ilə bağlı təlimlər yer alıb. Kitab ?Azərbaycan Gənclərinə Dəstək Proqramı? layihəsinin rəhbəri, BAMF-ın sədri Umud Rəhimoğlu, layihənin koordinatoru Nik Nvolisa və işçi qrupu Siyab Məmmədli, Nəzakət Ağayeva, Roza Şamıyeva tərəfindən hazırlanıb. U.Rəhimoğlunun ön söz yazdığı təlim materialı ?Avrasia Press? nəşriyyatında hazırlanıb, ?Elm və Təhsil? nəşriyyat-poliqrafiya müəssisəsində 1000 tirajla rəngli çap olunub. Kitab bu günlərdə 7 rayonda başlayacaq təlimlərdə gənclər arasında paylanacaq. Xatırladaq ki, icrasına 2011-ci ilin oktyabrından başlanan və bu ilin sonunadək davam edəcək layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirmək, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirmək və müsbət dəyişiklikləri müdafiə etməkdən ibarətdir. Sözügedən layihə Ermənistanın Azərbaycana qarşı apardığı müharibən bilavasitə zərər çəkmiş Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Beyləqan, eləcə də müharibənin təsirinə məruz qalmış Bərdə və Yevlax rayonlarında həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR