üzülmə sevgilim!

img

02-07-2012 [09:26]


AVRO 2012-də məğlubiyyətləri ilə xəyal qırıqlığı yaradan Hollandiya millilərinin futbolçuları hələ də mötəbər yarışdakı acı sonluğun şokunu yaşayırlar. Türkiyə mətbuatı yazır ki, futbolçuların əksəriyyəti üzərlərindəki şoku atmaq üçün sevgililəri ilə istirahətə çəkiliblər, onlar əsasən sakit adalarda istirahət edirlər. Bununla həm də jurnalistlərin qınaq yaradan suallarından yayınmağa çalışıqları da bildirilir. Amma idman dərgilərindən birinin müxbiri hollandiyalı qolçu Van der Vaartı həyat yoldaşı ilə birlikdə istirahət məkanlarının birində çox maraqlı vəziyyətdə görüntüyə alıb. Görüntüləri ?Üzülmə sevgilim? başlıqlı fotosessiya ilə təqdim edən Türkiyə mətbuatı, faktı şəkillərin dili ilə oxuculara çatdırıb. Şəkillərdə hollandayalı ulduzun kefinin aşağı olduğu da diqqətdən qaçmır. Maraqlı burasıdır ki, belə şəkillərin hər birində həyat yoldaşı Sylvie Van der Vaartın onun kefini açmağa çalışdığı sezilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA