Əziz Yıldırıma yeni qadağa!

img

02-07-2012 [05:34]


Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı məhkəmə qərarları açıqlanıb, "Fəbərbaxça" klubunun prezidenti Əziz Yıldırım həbsdə yatdığı müddət nəzərə alınaraq azadlığa buraxılsa da, klub rəhbərinə yeni qadağaların qoyulduğu da bəlli olub. Türkiyə xəbər portallarına istinadən mia.az xəbər verir ki, barəsində azadlıq qərarı çıxan və Bakı vaxtı ilə 18.00-18.30 arası həbsxanadan buraxılacağı gözlənilən Yıldırıma bundan sonra klubda vəzifə tutmaqla bərabər, matçlarla bağlı puşkatma və digər bu kimi tədbirləri canlı izləmək məhkəmə qərarı ilə qadağan olunub. Vəkilləri isə qərardan şikayət verəcəklərini bildiriblər. Əgər şikayət təmin olunmazsa, o zaman o, klub rəhbəri postunu da məcburi tərk etməli olacaq. Xatırladaq ki, bu qadağa ilə bərabər, danışılmış oyunlarda və cinayətkar qruplaşma yaratmaqda günahlandırılan Ə.Yıldırıma 6 il 3 ay şərti cəza və 1 milyon türk lirəsi məbləğində cərimə kəsilib. Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub. Məhkəmədə çıxış edən "Fənərbaxça" prezidenti qərardan narazı olduğunu deyib və bəraət tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA