italiyanlar ingiltərəni penaltilərlə ?boğdu?

img

25-06-2012 [02:27]


Futbol üzrə Avropa çempionatının sonuncu ¼ final qarşılaşması çərivəsində İtaliya və İngiltərə milliləri arasında keçirilən görüşün əsas və əlavə edilmiş yarımsaatlıq vaxtda italiyanlar çoxsaylı hücumlarını qələbəyə çevirə bilməyiblər. Mia.az-ın xəbərinə görə, Kiyevdə keçirilən oyunun qalibi penaltilərlə müəyyənləşib. İlk topa Balotelli yaxınlaşıb və onun vurduğu top qol olub. İngilislərdən isə birinci penalti zərbəsini Gerard yerinə yetirib ? 1:1 Daha sonra topa yaxınlaşan Monteriqonun zərbəsi isə yandan keçib və italiyanlar şansı İngiltərəyə verib. Runi fürsətdən yararlanıb ? 1:2. Pirlo komandasının bərabərlik qolunu vurub ? 2:2. İngilislərin əlverişli üstünlüyünü isə Eşli Yanq itirib. Onun vurduğu penalti zərbəsi dirəkdən dönüb. İtaliyanlar yenidən hesabda önə çıxıblar ? 3:2. İngilislər isə bu dəfə Eşli Kolla tarazlığı bərpa etməyə çalışsa da, Buffon buna imkan verməyib. Diamanti isə İtaliyanın qələbəsini rəsmiləşdirib - 4:2. Beləliklə, yarımfinalda Almaniya millilərinin rəqibi son qarşılaşmasında hücumameyilli oyunu ilə azarkeşlərini belə, heyrətləndirən italyanlar olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA