Del Boske: "Fransız oyunçularda artıq güc qalmamızdı"

img

24-06-2012 [04:01]


"Matçın əvvəlindən sonuna kimi oyuna nəzarət edirdik. Əsas məqsədimiz qələbə qazanmaq idi ki, bunu da bacardıq". Bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske Fransa ilə oyundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis komandasının Fransa millisindən üstün oyun nümayiş etdirdiyini bildirib: "Rəqibin bütün futbolçuları müdafiəyə çəkilmişdi. Kasilyas demək olar ki, işsiz qalmışdı. Matçın sonlarına doğru artıq rəqib futbolçularda mübarizə aparmaq üçün güc qalmamışdı. Biz isə həm mərkəzdə, həm də hücumda yaxşı oynadıq və qələbə qazandıq. Xavi Alonsoya gəldikdə isə o, komanda üçün çox vacib oyunçudur. Alonso harda və nə vaxt komandaya necə kömək etməli olduğunu yaxşı bilir. Yarımfinala yüksəldiyimiz üçün çox şadıq. Artıq Portuqaliya ilə oyun haqda düşünmək olar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA