Portuqaliya çexləri də devirdi

img

22-06-2012 [10:19]


Avropa çempionatında 1/4 final mərhələsində ilk 1/4 finalda Varşavada Portuqaliya və Çexiya komandaları üz-üzə gəliblər. Oyunun favoriti portuqaliyalılar hesab olunsa da, öz qrupunun qalibi olmuş çexlərin rəqibinə layiqli müqavimət göstərib növbəti mərhələyə adlayacağı da istisna olunmurdu. Lakin Portuqaliya millisi sürprizə imkan verməyib. Matçın taleyini isə bir qol həll edib. Kriştiano Ronaldonun matçın 79-cu dəqiqəsində vurduğu qol Portuqaliya millisinə minimal hesablı qələbə qazandırıb - 1:0. Bununla da, Portuqaliya millisi yarımfinala yüksələn ilk komanda olub. 21 iyun "Avro-2012"də 1/4 finalın görüşləri 23.45. Çexiya ? Portuqaliya - 0:1 Qol: Ronaldo, 79 (0:1) Baş hakim: Hovard Uebb (İngiltərə) Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo 22 iyun Almaniya ? Yunanıstan Baş hakim: Damir Skomina (Sloveniya) 23 iyun İspaniya ? Fransa Baş hakim: Nikola Rissoli (İtaliya) 24 iyun İngiltərə - İtaliya Baş hakim: Pedru Proensa (Portuqaliya)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA