Braziliya millisinin futbolçusu "Neftçi"də

img

19-06-2012 [11:30]


Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu növbəti transferini həyata keçirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Neftçi" braziliyalı futbolçu Bruno Bertuççini heyətə qatıb. Bu gün komandanın məskunlaşdığı Bolu şəhərində "Neftçi"nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub. Tədbirdə çıxış edən Sadıq Sadıqov 22 yaşlı futbolçuya uğurlar arzulayıb: "Bizim əsas məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Buna görə də "Neftçi"yə hər zaman yalnız səviyyəli, legionerlər cəlb etməyə çalışırıq. Bruno Bertuççi Braziliyanın U-20 komandasında oynayıb, gənc olmasına baxmayaraq, Avropa təcrübəsi görüb. İnanıram ki, o gözəl oyunu ilə komandamızın qələbələrində pay sahibi olacaq. Daha sonra "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeni transfer Bruno Bertuççiyə 16 nömrəli futbolkanı təqdim edib. Qeyd edək ki, Bertuççi U-20 Braziliya millisinin heyətində dünya çempionatında iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA