italiya yenə qələbəyə həsrət qaldı, Xorvatlar liderdir!

img

14-06-2012 [11:08]


Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilir. Turnirin yeddinci günündə meydana İtaliya və Xorvatiya yığmaları çıxıb. İlk görüşdə İrland milliləri üzərində qələbə qazanan xorvatlar eyni uğuru bu görüşdə də davam etdirə bilməsələr də, məğlub da olmayıblar. Lakin hərəyə bir dəfə fərqlənən komandaların duelində qalib müəyyənləşməyib. İtalyanların birinci hissədə vurduğu qola xorvatlar ikinci hissədə cavab verməklə, bu axşam İspaniya-İrlandiya matçına qədər liderlik kürsüsündə təkhakimiyyətliliyə sahibləniblər. Günün digər qarşılaşmasında isə son Avropa çempionları İspaniya millisi İrlandiyanı sınağa çəkəcək. İlk görüşdə İtaliya ilə 1:1 hesablı bərabərə qalan ispanlar bu oyunun da əsas favoriti hesab olunurlar. Matç saat 23.45-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA