14-06-2012 [05:31]
Iqtisadçı alimlərin bir-birinə qarşı olan ittihamları səngimək bilmir: bir müddət əvvəl Iqtisad Universitetində başlayan qovğa indi də Azərbaycan Milli Elmlər Akademiyasına sirayət eləyib. Bu dəfə AMEA Iqtisad Institutunun keçmiş direktoru, hazırda həmin institutut şöbə müdiri işləyən iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun qanunsuzluqları və külli miqdarda vəsaiti mənimsədiyi barədə iddialar ortaya çıxıb. Professor Ş.Muradovun bir qrup həmkarı isə artıq bununla bağlı müvafiq instansiyalara müraciət ünvanladıqlarını bildirirlər.
AMEA Iqtisad Institutunun əməkdaşı, professor Ağadadaş Qafarov da ?Azadlıq? qəzetinə bu problemlərlə bağlı müraciət edib. A.Qafarovun sözlərinə görə, Ş.Muradovun ədalətsizlikləri və həmkarlarına qarşı haqsız hücumları artıq institut əməkdaşlarını təngə gətirdiyindən, onun əməllərini həm də ictimailəşdirmək niyyətindədirlər: ?Ömrünün ahıl çağında da həmkarlarına çamur atmaqdan, onları şərləməkdən əl çəkmir. Bu dırnaqarası alimin rəsmi sənədlə 72 yaşı var, ancaq əslində 1938-ci il təvəllüdlüdür. Özünü 2 yaş ?cavanlaşdırıb" ki, müəyyən müddət vəzifədə qala bilsin. 74 yaşlı bir alim yenə də həmkarlarını, abırlı ziyalıları şərləməklə ?irəli getmək? istəyirsə, buna nə ad verəsən? Bu ?alim? hələ institut direktorunun müavini işləyərkən müxtəlif qarayaxmalarla direktoru şərləyib, özünə karyera düzəltdi və rəhbər oldu. Indi də elə bilir ki, yenə eyni vasitələrlə həyat yolunu davam etdirməlidir. Doğrudanmı bu adama izah edən yoxdur ki, bu yaşda ?irəli getmək? istəyi ilə başqalarını şərləməsi, həmkarlarına, o cümlədən mənə qarşı mötəbər qurumlarda mənfi rəy formalaşdırmağa cəhd etməsi ən azı günahdır. Axı, bu yaş Axirəti düşünmək üçün gərəkdiyindən daha artıqdır!?
Plagiat ?alim?
A.Qafarovun sözlərinə görə, Şahbaz Muradovun alimliyi də, müdafiələri də başdan-başa cəfəngiyyatdır: ?Bir müddət əvvəl Gülüstan sarayında ?Insan potensialı" kitabının təmtəraqlı təqdimetmə mərasimini keçirdi. Əslində, bu təmtəraq o kitabın plagiatlığının ört-basdır edilməsinə hesablanmışdı. 700 səhifəlik ?Insan potensialı? kitabının 90 faizi xarici müəlliflərdən köçürmələr və iqtibaslardan ibarətdir. Tam məsuliyyətimlə deyirəm ki, namizədlik və doktorluq işləri də həddindən artıq yararsızdır və onun elmi ad alması yalnız müxtəlif himayədarların, qəyyumların sayəsində baş tutub. Bu şəxs həm Azərbaycan elmini, həm də Azərbaycan alimlərini məhv etməklə məşğuldur. Direktor işlədiyi müddətdə Iqtisad Institutundakı çox abırlı və savadlı kadrların ordan uzaqlaşmasına nail oldu. Hamısı da onun təhqirlərinə dözməyərək getdi".
Komissiya cinayətləri aşkar etdi
A.Qafarov bildirir ki, AMEA-nın müxbir üzvü Ə.Nuriyevin sədrliyi ilə Iqtisad Institutunda yoxlama aparılıb. Yoxlama zamanı məlum olub ki, Ş.Muradovun direktor işlədiyi dövrdə elmi işçilər üçün ayrılan ezamiyyə xərcləri mənimsənilib: ?Məzuniyyətə çıxmayanlara verilən əlavə kompensasiyaların da Ş.Muradov tərəfindən mənimsənildiyi aşkar olundu. Bununla bağlı komissiyanın rəyi də var, ancaq nədənsə cinayət işinin başlanılmasına hələ də qərar verməyiblər?.
?Ölü canlar?
Şahbaz Muradovun instituta rəhbərliyi zamanı ?ölü canlar? - ştatda adı gedən, əslində isə ümumiyyətlə işə gəlməyən şəxslərin mövcudluğunu da A.Qafarov iddia edir: ?Yalnız iki oğlu və bir qızının işə götürülməsini araşdırmaq kifayətdir ki, bu adamın qanunsuzluqları üzə çıxsın. Ş.Muradovun Iqtisad Institutunda ?işləyən" oğlanları Rəşad və Rövşənin, həmçinin qızının işə gəldiyini bu vaxta qədər görən olmayıb. Hər üç övladı ?alimlik? adını elmi dərəcəsi alıblar. Onların necə ?alim? olduqlarını AMEA-da bilməyən az adam tapılar. Elmi işlərini götürüb vərəqləmək kifayətdir ki, Ş.Muradovun özü kimi ?alim varislər? yetişdirdiyinin şahidi olasan. Hər üçünün dissertasiya işi plagiat və köçürmədir, elmi işlərində bircə elmi fakt və tapıntı yoxdur. Ancaq müxtəlif yollarla ?alim? adını alıblar və hansısa istedadlı gəncin yerini tutublar".
Akademik arayış satır?
Ş.Muradovun AMEA Rəyasət Heyəti nəzdində iqtisad elmləri üzrə Əlaqələndirmə Şurasının sədri olduğunu söyləyən A.Qafarov onun hazırkı vəzifəsindən sui-istifadə etdiyini də söyləyir: ?Əslində, bu vəzifə Institut direktorunun səlahiyyətlərinə aiddir. Ansaq Ş.Muradov Iqtisad Institutunun direktoru vəzifəsindən gedəndən sonra da Əlaqələndirmə Şurasının sədri səlahiyyətlərini əlindən verməmək üçün bütün vasitələrdən istifadə eləyir. Bu vəzifəni əldə saxlamaqda məqsəd isə dissertantlara arayışı təmənna ilə verməkdir?.
Müdafiə Şurasının üzvü olmasına baxmayaraq, müdafiələrdə iştirak etməyən Ş.Muradovun hələ də şura üzvü qalmasının səbəbini isə A.Qafarov onun ?əlaqələri? və şərləmələri ilə izah edir: ?Müdafiə Şurasında bir ildən artıqdır iştirak etməyən bir adamı da Şura üzvü kimi saxlayarlar? Ş.Muradov 74 yaşına baxmayaraq, hələ də bacarmadığı işlərdən əl çəkmir. Institut kollektivi ona irad tutanda isə hamıya düşmən kəsilir və müxtəlif orqanlara, instansiyalara böhtanlar yazmağa başlayır?.
Ədalətsizliklərinin cəzasını yaşamaq da qismətdir
?Belə çıxır ki, bu cür insanlar yaşlarının ahıl çağında abırlı formada geri çəkilməyi və elədiklərinə görə halallıq almağı bacarmırlar? - deyən A.Qafarovun sözlərinə görə, bəlkə də Ş.Muradov vaxtında getsəydi, problemlər də yaşamayacaqdı: ?Onun nəvələrini oynadan yaşıdır, ancaq görünür, ömrü uzunu həmkarlarını şərləməklə karyera qazanan şəxslərin abır-həya ilə çəkilib getməsi də dünya qanunlarına ziddir. Vaxtilə ayağından çəkdiyi, haqqında olmazın böhtanlar yazdığı və şərlədiyi çox hörmətli bir alimin, Iqtisad Institutunun keçmiş direktorunun adı ətrafında indi - anım mərasimlərində, yubiley tədbirlərində - ən çox canfəşanlıq edən odur. Səbəbi də məlumdur - həmin hörmətli alimin oğlu hazırda böyük vəzifə daşıyır. Ş.Muradov öz elmi, qabiliyyəti ilə deyil, həmişə belə əməllərlə özünə mövqe qazanmağa çalışıb.
Ancaq daha gecdir, belə oyunlar ÿkeçmir. Artıq mənimsəmə faktları ilə bağlı institut əməkdaşlarının müraciətləri var və yəqin ki, yaxın müddətdə müvafiq qurumlar bu barədə öz sözlərini deyəcəklər. Onun ?elmi? araşdırmaları, plagiatlığına da aydınlıq gətirəcək və ictimaiyyətə təqdim edəcəyik. Ondan sonra inanmıram ki, havadarları ona qahmar çıxalar...".