Rəsul Quliyev: ?Müqavimət Hərəkatı separat qurumdur?

img

28-06-2012 [11:46]


ACP lideri lideri, eks-spiker Rəsul Quliyev ?Gündəm-xəbər? qəzetinə müsahibə verib. R.Quliyev müsahibəsində gələcək planlar, ölkədəki ictimai-siyasi vəziyyətdən danışıb. Eyni zamanda özünün təşəbbüsü ilə yaradılan Demokratiya Uğrunda Müqavimət Hərəkatının etimadı doğrulda bilmədiyini deyib. Bildirib ki, bu qurum xalqdan ayrıdır: ?Siyasətçi gərək doğru danışsın. Demokratiya Uğrunda Müqavimət Hərəkatı ona olan etimadı doğrulda bilməyib. Bu qurum xalqdan ayrı, separat yaşayan qurumdur. Hesab edirəm ki, köklü islahatlar aparmağa cəhd etməliyik. Bu alınmayanda o ləğv edilməlidir ?. Qurumun İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc Rəsul Quliyevin dediklərinə münasibət bildirdi. Ə.Oruc ?Yeni Müsavat?a açıqlamasında ACP-nin mürəkkəb bir kombinasiya yürütdüyünü söylədi. Onun sözlərinə görə, ACP DUMH ilə bağlı stabil mövqe nümayiş etdirmir. Belə ki, partiya İctimai Palata ilə daha çox yaxınlaşmağa, bəyanatlar verməyə səy göstərir. Ə.Oruc iyunun 27-də keçirilən tədbirdə ACP-nin mövqeyi ilə bağlı məsələyə aydınlıq gətirildiyini qeyd etdi: ?Mən bilmirəm Rəsul bəy niyə belə deyib. Hamıya məlumdur ki, xalq böyük təzyiq altındadır. Evdə, işdə, ictimai fəaliyyətdə xalqa basqı var. Rəsul bəy bunu bilməlidir. Bilmək üçün də xalqla daha yaxından təmasda olmaq lazımdır. Ancaq dünən biz toplantı keçirdik. Toplantıda ACP-nin mövqeyini aydınlaşdırdıq. Çünki partiyanın hərəkatla bağlı mövqeyində stabilsizlik müşahidə olunurdu. Uzun müddət idi ki, ACP tədbirlərdə də iştirak etmirdi. Daha çox İctimai Palata ilə təmaslar qururdu, bəyanatlar verirdi. Ancaq toplantıda Sülhəddin bəy bəyan etdi ki, biz qurumun fəaliyyətinin gücləndirilməsinin, enerjinin bu istiqamətə sərf olunmasının tərəfdarıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR