?Beziktaz?ın belə cocuğu ola bilərmi?

img

11-06-2012 [08:09]


?Beşiktaş?ın prezidenti Fikrət Orman komandanın sabiq futbolçusu Nihat Kahveciyə ?od püskürüb?. Nihatın alacaqlarına qarşılıq olaraq, UEFA-ya müraciət etməsi və bundan sonra klubun hesablarına sannksiyaların tətbiq olunması klub rəhbərini bərk qəzəbləndirib. Türkiyə xəbər portallarına danışan Fikrət Orman Nihat haqqında aşağıdakı açıqlamanı verib: ?Son bir neçə gündür ən yaxınımızdakı insanların kluba verdiyi zərərlərin qarşısını almaq, onları həll etməyə çalışıram. Nihata ?Beşiktaş?ın cocuğu? deyirlər, buraxsınlar bu söhbəti. Klubun cocuğu olan bir adam ona belə zərər verə bilməz, ona yardım edər. Bəli, doğrudur, onun alacaqları var. Bunu inkar etmirik ki. Mən ona təklif etdim ki, 2 milyon avro alacağının 300 minini bəribaşdan verək. Qalan məbləği də 12 ay arasında bölək, aybaay ödəyək. Amma o, nə etdi? Alacaqlarının üzərinə illik 16 faiz də əlavə etməklə yetməyib, hələ üstəlik, 150 min avro da vəkili və əlavə xərcləri üçün pul tələb edir. Onun təkcə istədiyi faiz 600 min avrodur. Bir də gəlib, kluba sanksiya qoydurub?. Klub rəhbəri bildirib ki, bununla hər şey bitməyib: ?Mənim də verəcəyim cavablar var. Mən rəhbər olduğum müddətdə nəinki Nihat, onun kimilərinin heç biri klubun önündən belə, keçə bilməyəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA