?Neftçi? və ?Bakı?lılar bir-birlərin qana boyadılar

img

08-06-2012 [02:12]


U-15 Liqasının ?Neftçi? və ?Bakı? arasında final oyunu böyük qalmaqalla nəticələnib. ?Ağ-qaralar? 1:0 hesabı ilə qalib gəlib çempion olsa da, çempionluğu qanla bayram ediblər. Mia.az-ın xəbərinə görə, klub rəhbərləri, azarkeşlər və futbolçular bir-birlərini sillə-təpik altına salıblar. Nəticədə meydanda böyük iğtişaş baş verib. Futbolçulardan, yaşlı klub rəsmilərindən döyülənlər və xəsarət alanlar olub. Vəziyyət o həddə çatıb ki, polislər də aranı sakitləşdirməyi bacarmayıblar. Uzun müddət davam edən əlbəyaxa davaları və qarşılıqlı hücumların qarşısını, nəhayət, klub rəhbərlərindən bəzilərinin də dəstəyi ilə asayiş keşikçiləri ala biliblər. Hadisə ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında günahkarların cəzalanacağını açıqlayıb: ?Kapital Bank U-15 Liqa?nın final oyunundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndirirəm. ?Neftçi? və ?Bakı? klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futbolçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA