Mirmahmud Mirəlioğlunun müavini MHP-də mühüm görüzlər keçirib

img

06-06-2012 [01:03]


Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının(MHP) Ankaradakı mərkəzi qərargahında görüşlər keçirib. X.Teyyublu əvvəlcə MHP başqanının müavini Tunca Toksayla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, regionda cərəyan edən proseslər, KXCP ilə MHP arasında əməkdaşlıq perspektivləri və digər bir sıra aktual məsələlər atrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın hərtərəfli inkişafında maraqlı olduqlarını deyən T.Toksay söhbət əsnasında Əbülfəz Elçibəylə bağlı maraqlı xatirələrini də dilə gətirib. X.Teyyublu daha sonra Alparslan Türkeşin oğlu, MHP başqanının müavini Toğrul Türkeşlə də görüşüb. Çay süfrəsi ətrafında keçirilən görüşdə Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb. KXCP sədri Mirmahmud Mirəlioğlunun salamlarını çatdıran X.Teyyublu təmsil etdiyi təşkilatın MHP ilə əlaqələrə ciddi önəm verdiyini deyib. T.Türkeş öz növbəsində qeyd edib ki, onlar Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və bizim ölkə ilə ilgili ən xırda məqamlara belə xüsusi diqqət ayırırlar. İki partiya arasında əməkdaşlıq imkanları xüsusunda müzakirə aparılan görüşdə Türk dünyası ilə bağlı məsələlərə dair də fikir mübadiləsi aparılıb. Görüşdə X.Teyyublu Əbülfəz Elşibəyin həyatı, mübarizə yolu və Milli Azadlıq Hərəkatının formalaşması prosesindən bəhs edən kitabları, eləcə də KXCP-nin müxtəlif bukletlərini T.Türkeşə təqdim edib. MHP yetkilisi sonda belə görüşlərin davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edək ki, X.Teyyublunu keçirdiyi görüşlərdə KXCP-nin Türkiyə təmsilçisi Bəhruz Əbil müşayət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA