ADP bir sıra qanunlara dəyizikliklərin əleyhinədir

img

04-06-2012 [06:11]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıfda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar hakimiyyətin beynəlxalq münasibətlər sistemində Azərbaycanın strateji maraqlarına və təhlükəsizliyinə zidd olan davranışlarını qətiyyətlə pisləyib və onu istər İran və istərsə də Avropa ölkələri ilə əlaqələrində qarşıdurma siyasətindən əl çəkməyə və ayrı-ayrı ölkələrlərlə münasibətlərdə dövlət maraqlarına uyğun davranış nümayiş etdirməyi tələb edib. İdarə heyəti üzvləri Suriyada yaşanan qanlı olaylardan və böyük insan itkisinə səbəb olan faciəli hadisələrdən ciddi narahat olduğunu bildirib və dünya ictimaiyyətini ölkəsində mili qırğının və vətəndaş qarşıdurmasının baiskarı olan B.Əsəd rejiminə qarşı birləşməyə və diktatura ilə mübarizədə suriyalıların yanında olmağa çağırıb. ABŞ Dövlət Departamentinin rəhbəri H.Klintonun Azərbaycana gözlənilən səfərinə diqqət çəkən partiya yetkililəri onun bu görüşdə hakimiyyətə insan hüquq və azadlıqlarının pozulması, söz, mətbuat və sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlər və demokratiyanın tələb etdiyi digər sahələr üzrə öz siyasətində dəyişiklilər edilməsinin vacibliyi ilə bağlı messajlar verəcəyinə, təkcə hakimiyyət nümayəndələri ilə deyil, müxalifət partiyaları təmsilçiləri ilə də görüşəcəyinə ümidini ifadə edib və xanım H.Klintonu Azərbaycan hakimiyyətini insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün təsir göstərməyə çağırıb. İdarə Heyəti üzvləri dövlət başçısının imzası ilə Milli Məclisin gündəliyinə təqdim edilən ?informasiya əldə etmək haqında?, ?hüququ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında?, ?ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında? Qanunlara edilən dəyişiliklərə münasibət bildirib. İdarə Heyəti üzvləri hər üç qanuna edilən dəyişikliklərin nəticə etibarı ilə ölkədə informasiya azadlığının məhdudlaşdırılmasına, hüquqi şəxslərin fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipinin pozulmasına və inzibati idarəetmə statusu hesabına hakimiyyətin demokratik idarə olunma prinsiplərinin pozulmasına yol açacağından narahat olduğunu bildirib. Qeyd olunub ki, qanunlara bu cür mürtəce dəyişiklilərin edilməsi ölkə konstitusiyasına və beynəlxalq hüquqa ziddir və hakimiyyət bunların əksinə olaraq informasiya azadlığının genişləndirilməsi, hüquqi şəxslərin, dövlət məmurlarının gəlirləri, əmlaklar barədə deklarasiya tələb edilməsini gündəmə gətirməli və bürokratiyanın şişirdilməsi, iqtisadi cəhətddən səmərəsiz olan sahə inzibati idarə etmə mərkəzləri deyil, bu səlahiyyətlərin bələdiyyə qurumlarına verilməsi istiqamətində addımlar atmalıdır. İdarə heyəti üzvləri son vaxtlar dövlət başçısının açılışında iştirak etdiyi və külli miqdarda büdcə vəsaiti hesabına başa gələn yol, körpü və digər tikililərin istismar müddəti başa çatmamış sıradan çıxmasına diqqət çəkib və hüquq mühafizə orqanlarını bu layihələri həyata keçirən dövlət qurumlarının rəhbərlərini dağıntılara, böyük iqtisadi itkilərə rəvac verdiyinə görə cinayət məsuliyyətinə cəlb etməyə çağırıb. İdarə heyəti üzvləri vətəndaşların sövet dövründən qalma əmanətlərinin qismən ödənilməsi ilə bağlı atılan addımları təqdir edib və hakimiyyəti eyni zamanda müsəqilliyin ilk illərində dövlət banklarına qoyulan əmanətləri də vətəndaşlara kompensasiya şəklində qaytarmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA