"2013 ərəfəsində hakimiyyətdaxili qarzıdurma yarana bilər"

img

03-06-2012 [04:08]


[b]Zərdüşt Əlizadə: "2013-cü ildən müsbət nəsə gözləməyə dəyməz. Hakimiyyət mümkün qədər cəmiyyəti və rəqiblərini təzyiq altında saxlayacaq ki, öz ömrünü uzatsın" [/b] Məlum olduğu kimi, Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Mayın 24-də qəbul olunmuş qətnamədə Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa çağırılır. Azərbaycan hakimiyyəti isə bu qətnaməyə sərt reaksiya verdi. Tanınmış politoloq Zərdüşt Əlizadə müsahibəsində deyib ki, Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qətnaməsi ölkədəki reallığı əks etdirir: - Amma bu qətnamənin ölkədəki vəziyyətin düzəlməsinə bir o qədər də təsiri olmayacaq. Çünki Avropa Parlamenti Avropa üçündür və öz maraqlarına uyğun nədirsə, onu edəcək. Azərbaycan üçün Milli Məclis var. Milli Məclis Avropa Parlamentinə deyir ki, get, öz işinlə məşğul ol, biz Azərbaycanı bildiyimiz və bacardığımız kimi idarə edəcəyik. - Bu dəfə hakimiyyətin Avropa Parlamentinə reaksiyası sərt oldu, onu qərəzli olmaqda suçladılar. Hətta Milli Məclis həmin quruma cavab vermək üçün komissiya da yaratdı. Sizcə, nəyə görə reaksiya bu qədər sərtdir? - Təəccüblü deyil və Azərbaycan hakimiyyətinin belə bir reaksiyası təbiidir. Bizim hakimiyyət həmişə bu cür məsələlərə Azərbaycanın milli mentalitetinə uyğun reaksiya verir. Azərbaycanda kiminsə əlini başqasının cibində tutursan, deyir ki, əcəb edirəm. Bu da ona bənzər bir reaksiya idi. Ölkədə insan hüquqları pozulur, demokratiyanın heç bir qaydası gözlənilmir, soruşanda ki, niyə belə edirsən, cavabında deyirlər, əcəb edirik, özümüz bilərik. Yəni, hakimiyyət öz ənənəsinə sadiq qalaraq, bildiyini edir.ə - Son dövürlər Qərbdən Azərbaycan hakimiyyətinə demokratiya ilə bağlı təzyiqlər artıb. Bu məsələdə hansısa başqa səbəb də ola bilərmi? - Təbii ki, hər bir siyasətçi kimi, Avropa siyasətçiləri də ikiüzlüdürlər, məsələlərə ikili standartlarla yanaşırlar. Əlbəttə ki, Azərbaycanda da, Ermənistanda da, Gürcüstanda da insan hüquqları pozulur. Avropa Parlamenti də bunu deyir. Amma hər şeydən öncə bunun səbəbinə baxmaq lazımdır. Bunun birinci səbəbi odur ki, tarixən bizim bölgədə, bizim xalqlarda demokratiya ənənəsi olmayıb, demokratiya bizim xalqlarımız üçün yabançı bir şeydir. İkincisi, Rusiyanın, o cümlədən Qərbin səyləri ilə bölgədə yaranmış münaqişələr demokratiyanı beşiyindəcə boğub öldürdü. Fərz edək edək ki, bir tərəfdən işğalçı Ermənistanı iqtisadi, siyasi, hərbi cəhətdən dəstəkləyən Qərb, o biri tərəfdən bizdən soruşur ki, sizdə demokratiya niyə yoxdur? Ona görə yoxdur ki, bizdə demokratik prosesdən əvvəl millətçi proses getdi. Millətçilik də demokratiyaya ziddir. Eynilə Ermənistanda da demokratik hərəkat başladı, amma sonradan dönüb millətçi hərəkat oldu. ?əticədə də demokratikləşmə getmədi. Gürcüstanda da eyni proseslər getdi. Yəni, bizim bölgədə demokratiya yoxdur. Bu məsələdə Qərbin də müəyyən günahı var. Ona görə ki, separatçıları dəstəklədi, indi də dəstəkləyir. Bu mənada həm Ermənistanda, həm də Azərbaycanda demokratiyanın zəifləməsində Qərbin xüsusi rolu danılmazdır.ə - Axı, Siz də, digər müxalifət nümayəndələri də ölkədə demokratiyanın bərqərar olması üçün Qərbin dəstəyinin vacibliyini vurğulayırsınız. Əgər ikili standart varsa, onda Qərbdən niyə dəstək gözləyirsiniz? - Qərbdən dəstək gözləmək lazım deyil. Kim demokratiya istəyirsə, qolunu çırmalasın, xalq arasında maariflənmə işi aparsın, xalqı demokratiyaya hazırlasın. Demokratiya haqqında moizə oxumaq əvəzinə, canını fəda eləsin və faktiki olaraq, demokratiya uğrunda mübarizə aparsın. Bizimkilər isə demokratiyanın bərqərar olması üçün ciddi fəaliyyət göstərmirlər, Qərbin dəstək verməsini tələb edirlər. Amma hər şeydən öncə ölkə daxilindəki qüvvələr demokratiyaya hazır olmalıdır ki, demokratik dəyişiklikləri reallaşdırmaq mümkün olsun. - Bu günə kimi demokratik dəyişikliklərin baş verdiyi ölkələrə Qərbin dəstəyi olub... - (Sözümüzü kəsərək) Hansı ölkədə Qərbin dəstəyi ilə demokratik dəyişiklik olub? Liviyada, yoxsa Misirdə? Bəlkə İraqda demokratik proseslərə dəstək verdilər? Hər tərəfi bombaladılar, ölkəni viran qoydular. Qərb bu ölkələrə demokratiya yox, bədbəxtlik gətirdi... - Mən Ukraynanı, Gürcüstanı nəzərə tuturam. - İndi Ukraynada vəziyyət necədir? Hazırda orda hakimiyyət bir dəstə oğrunun, oliqarxın əlindədir. Bu gün Ukraynada demokratiya yoxdur. Ümumiyyətlə, bu cür ölkələrdə - istər Ukraynada, istər Gürcüstanda, istərcə də Azərbaycanda müəyyən bir tarixi müddət keçməlidir, xeyli vətən oğulları, qızları böyük zəhmət çəkməlidirlər ki, bu cahil, geridə qalmış, insan hüquqlarını anlamayan kütləni qanunun aliliyinə, başqaların rəyinə hörmət eləməyə, abır-həyanın nə olduğunu başa düşməyə öyrətsinlər. Bunun üçün də zaman lazımdır. Amma bu gün bizdə xalqın sərvətini talayan adamlar Azərbaycanın milli dəyərlərindən danışırlar... - Hər halda hakimiyyətdən islahat aparmaq tələb olunur... - Qərb Azərbaycan hakimiyyətindən demokratiya yox, öz maraqlarının təmin olunması üçün güzəştlər tələb edir. Hakimiyyətin siyasəti isə demokratiyaya tamamilə ziddir. Demokratiyanın ən ali tələbi var ki, gərək, hakimiyyətdəkilər oğurlamasınlar. Bizim hakimiyyətdəkilər isə oğurlamadan yaşaya bilmirlər. - Ancaq Siz Qərbin təzyiqi ilə dəyişikliklərə gediləcəyini deyirdiniz? - Mən deyirdim ki, hakimiyyət Qərbin təzyiqləri qarşısında müəyyən güzəştlərə gedəcək. Yəni, Qərbin istəklərini yerinə yetirəcəklər, ona görə də demokratiya, insan haqları, qanunun aliliyi, islahatlar yaddan çıxacaq. - Belə bir şəraitdə Azərbaycan müxalifətinin mövqeyini necə qiymətləndirirsiniz? - Azərbaycan müxalifətindən inciməyə dəyməz. Onlar bacardıqlarını edirlər. Mən, Azərbaycan müxalifətinə baxanda yadıma bir lətifə düşür. Deməli, ötən əsrin 10-20-ci illərində kino səssiz idi. Hərəkət edən şəkilləri hansısa bir pianoçu müşayiət edirdi. Amerika kinoteatrlarında isə belə bir elan var idi: "Hörmətli cənablar, xahiş edirik pianoçuya güllə atmayın, o bacardığı kimi çalır, bundan artığını bacarmır". Bizim müxalifət də bacardığını edir, bundan artığını bacarmır. - Son dövrlər eks-spiker Rəsul Quliyev də önə çıxmağa başlayıb və prezidentliyə iddiasını ortaya qoyub. Bu günlərdə isə Sülhəddin Əkbəri partiyasına sədr seçdirib. ?ə gözləyirsiniz bu birlikdən? - Fərz edək ki, savadlı, bacarıqlı Vaqif Mahmudovu dəyişdilər, Sülhəddin Əkbəri sədr gətirdilər. Sülhəddin Əkbər 88-ci ildən siyasətdədir. Bu günə kimi nə edib, hansı qabiliyyəti nümayiş etdirib ki, Açıq Cəmiyyət Partiyasına sədr gələndən sonra da nəsə eləsin? Həmişə ikinci rollarda olub, kiminsə tapşırığını yerinə yetirib. İndi də nə edə biləcək, anlamıram. Rəsul Quliyevə gəlincə, uzaqdan partiyanı idarə etmək çox çətindir. - Ancaq Siz Rəsul Quliyevi hakimiyyətə ciddi alternativlərdən biri sayırdınız? - Mən, elə söz deməmişəm. Əvvəllər belə bir fikir işlətmişəm. Yəqin siz 2003-cü ildəki açıqlamalarımı nəzərdə tutursunuz... - Xeyr. Bunu 2-3 ay öncə də demişdiniz. - Mümkün deyil ki, belə söz deyim. Mən demişdim ki, Rəsul Quliyev əslən ?axçıvandandır, vaxtiylə Heydər Əliyevi çox güclü dəstəkləyib, ondan sonra ölkədə ikinci postu tutub, xeyli tərəfdarları olub. Amma sonradan Heydər Əliyev, ardınca İlham Əliyev onun tərəfdarlarını pərən-pərən salıblar. Hazırda isə onun imkanları xeyli məhduddur. Çətin ki, artıq Rəsul Quliyev hakimiyyətə hansısa problem yarada bilsin. Hakim zümrə özü-öz arasında bölgü aparar, amma Rəsul Quliyevə görə ayrılmaz. - Amma o, 2013-cü il prezident seçkilərində namizəd olmaq niyyətindədir. Sizcə, hansısa şansı varmı? - Bu, onun haqqıdır, konstitusion hüququdur. Hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ var. Sizin də, mənim də, Rəsu Quliyevin də. İndiki vəziyyətdə qiymətləndirsək, deyə bilərəm ki, onun seçkidə iştirak edib nəsə qazanmaq imkanı məhdudur. Çünki hakim zümrə dövlət aparatını əlində alət edib, siyasi rəqiblərini vurmaqla məşğuldur. Azərbaycan dövlətinin gücünü bilirsiz də, Qarabağı ala bilməsə də, xalqı əzə bilir. - Belə çıxır ki, 2013-cü il prezident seçkilərindən də müsbət nəsə gözləmək lazım deyil? - Masanın üstündə yağlı tikə var, əllərində bıçaq, çəngəl basıb yeyirlər. Siz bilən kimisə yaxın buraxarlarmı? Əlbəttə yox. Ona görə də 2013-cü ildən müsbət nəsə gözləməyə dəyməz. Hakimiyyət mümkün qədər cəmiyyəti və rəqiblərini təzyiq altında saxlayacaq ki, öz ömrünü uzada bilsin. - O fikirlər də səslənir ki, müxalifət bir araya gələrək vahid namizədlə seçkiyə getsə, uğur qazana bilər. Bu fikirləri bölüşürsünüzmü? - Onların qatarı gedib. Müxalifət birləşsə də, birləşməsə də, artıq potensial yoxdur. Hər şeyin öz vaxtı var. Amma müxalifət bu günə kimi bütün şansları əldən verib. Artıq elə vəziyyət yaranıb ki, müxalifətin birləşməsinin də heç bir əhəmiyyəti olmayacaq. - Sizcə, 2013 seçkiləri zamanı ölkədə hansısa ekstremal situasiya yarana bilərmi? - Xeyr. Mən hər hansı ekstremal situasiyanı görmürəm. Yalnız ekstremal situasiya o olar ki, hakim zümrə özü birinci şəxsi dəyişmək qərarına gələ bilər. Yəni, yuxarıdakıların çoxlu pulları var və həmin böyük pullar onları dingildədir. Bu mənada, 2013 ərəfəsində hakimiyyətdaxili qarşıdurma yarana bilər. Amma kənardan həmin süfrəyə heç kimi yaxın buraxmazlar. - Zərdüşt bəy, başqa bir mövzuya toxunmaq istərdim. Son günlər İran-Azərbaycan münasibətləri gərginləşir. Tərəflər qarşılıqlı notalar verir, səfirlər geri çağırılır. Ümumiyyətlə, nə baş verir, bu gərginliyin səbəbi nədir? - Avropa Birliyi də səfirlərini Belarusdan geri çağırmışdı, amma iki aydan sonra təzdən qaytardılar. İndi bizimkilər də qayıdacaq. Son dövrlər hər iki tərəf müəyyən mənada gərginlik yaradacaq addımlar atır. Bu səbəbdən də münasibətlərin gərilməsi normaldır. Amma qonşuluqdan ayrılmaq mümkün deyil. Biz qonşu dövlətik, əvvəl-axır münasibətlər tənzimlənəcək. - Mətbuatda İranın Azərbaycanda terror aktı planlaşdırması ilə bağlı məlumatlar dərc olunur. Necə düşünürsünüz, gərginlik o həddə çata bilərmi? - Bunlar boş şeylərdir. Əgər siz həmin məlumat mənbələrinə inanırsınızsa, deməli, Eynulla Fətullayev terror törətməyə çalışırdı, Mirzə Sakit, Cabbar Savalan, Anar Bayramlı narkotik qəbul edirdi, Qənimət Zahid isə qıza sataşırdı. Milli Məclisdə fikir səslənir ki, Azərbaycanda insan hüquqlarının pozulmasını tənqid edən adamlar Ermənistanın casuslarıdır. Əgər bütün bunlar düzdürsə, deməli, İran da Azərbaycanda terror aktı törətməyə hazırlaşır. - Bu cür informasiyalar müxalifət mətbuatında gedir? - Gəlin, müxalifəti də bir-birindən ayıra bilək. Elə müxalifət var ki, Prezident Administrasiyasından maaş alır. Elələri də var ki, hakimiyyətin sifarişi ilə müəyyən məsələlərlə bağlı təbliğat aparır. Kimin nə deməsindən, nə yazmasında asılı olmayaraq, İran-Azərbaycan münasibətlərinin sonu dediyim kimi olacaq. Yaddan çıxarmaq lazım deyil ki, xalqımızın 23-i İranda yaşayır. Digər tərəfdən, bütün qüvvələr nisbətinə baxanda İran Azərbaycandan güclü dövlətdir. Amma buna baxmayaraq, İran heç vaxt Azərbaycana hücum eləməz. Azərbaycan da onun kimi. Zaur ƏHMƏD #252;n q#601;d#601;n i#601; yazmas

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA