Arif Hacılı prezidentə yazdığı məktubdan danızdı

img

03-06-2012 [12:20]


Xəbər verdiyimiz kimi, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılı başda olmaqla, vicdan məhbuslarının azadlığa buraxılması üçün ölkə başçısı İlham Əliyevə və birinci ledi Mehriban Əliyevaya müraciət hazırlanır. Hüquq müdafiəçilərinin hazırladığı, bəzi deputatların da qoşulduğu müraciət ölkədə iqtidarla müxalifət arasındakı gərginliyi aradan qaldırmaq üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, qəzetimizin ötən sayında mövzu ilə bağlı danışan ?İnsan Haqları Uğrunda? İctimai Birliyin sədri Eynulla Fətullayev və Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirmişdilər ki, hazırlanan sənədə ümid böyükdür. Anasının yas mərasimi ilə əlaqədar müvəqqəti azadlığa buraxılan və hazırda Zaqatalada olan Arif Hacılı mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, vicdan məhbuslarının həbsdə qalmalarının müddəti uzandıqca, bu, Azərbaycan üçün milli problem səviyyəsinə qalxır: ?Bu baxımdan hüquq müdafiəçilərinin - Eynulla Fətullayev, Novella Cəfəroğlu və digərlərinin bizim azadlığa qovuşmağımız uğrunda atdıqları bu addımı müsbət dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycanın milli mənafeləri barədə düşünmək yalnız hüquq müdafiəçilərinin, deputatların, vətəndaş cəmiyyətinin üzvlərinin borcu deyil. Bu ilk növbədə hökumətin vəzifəsidir və hakimiyyət dairələri bu haqda fikirləşməlidirlər?. A.Hacılı hazırkı durumu ilə bağlı da danışdı: ?Mənim burada heç bir problemim yoxdur. Anamın yasında iştirak etmək üçün 7 günlüyünə azadlığa buraxılmışam. Bunu xoşməramlı addım kimi, müsbət qiymətləndirirəm. Müddət bitəndən sonra həbsxanaya qayıdacağam. Anamın yas mərasiminə iştirak edirəm və hakimiyyət dairələri tərəfindən mənə heç bir problem yaradılmır?. Arif Hacılı bildirdi ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki əməkdaşı onu müşayiət edir, lakin ona qarşı hər hansı bir məhdudiyyət qoyulmur: ?Hər şey öz qaydasındadır. Onlar öz işlərini görürlər?. "Musavat.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA