BMT Təhlükəsizlik Şurasına sədrliyimiz baza çatdı

img

02-06-2012 [12:35]


Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatıb. Artıq dünən BMT-dəki daimi nümayəndəmiz Aqşin Mehdiyev sədrliyi Çinin daimi nümayəndəsi xanım Li Baodonqa təhvil verib. L.Baodonq qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasına iyunda sədrlik edəcək Çin beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bu ay ərzində Şuranın 30-dək məsələyə, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyətə baxacağı gözlənilir. Xatırladaq ki, BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir. Qeyd edək ki, Azərbaycan növbəti, ikinci dəfə Şuraya 2013-cü ilin sentyabr ayında sədrlik edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA