Avropa Birliyinin prezidenti Azərbaycana gəlir

img

01-06-2012 [02:36]


Avropa Birliyinin prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək. Bu barədə APA-ya açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.Onun sözlərinə görə, bu, yüksək səviyyəli prezident səfərdir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq: ?Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir?. Səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq. R.Kobia Avropa Komissiyasının prezidenti Manuel Barrozo və AB-nin Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun Dağlıq Qarabağ münaqişənin həllində AB-nin daha aktiv rol oynamaq istədiyini dəfələrlə bəyan etdiklərini xatırladıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA