UEFA daha bir ölkənin klublarını cəzalandırdı

img

01-06-2012 [12:04]


UEFA-nın Nizam İntizam Komitəsi Türkiyədən sonra daha bir ölkənin klublarını cəzalandırıb. Hazırda iqtisadi böhran yaşayan Yunanıstanda 6 kluba lisenziya hüququ verilməyib. Son ölkə çempionu "Olimpiakos" və "Panatinaykos" klublarının maliyyə vəziyyəti yaxşı durumda olduğundan, adı çəkilən komandalar lisenziya almaqda problem yaşamayıb. Lakin UEFA başda AEK olmaqla, ?Kerkira?, "Aris", "Panionios", ?Giannina? və OFİ klublarına lisenziya hüququ verməyib. Bu qərarla adı çəkilən komandalar yeni mövsümdən yüksək liqada iştirak etmələrinə baxmayaraq, həmin klublar transfer etmə, oyunçuları ilə müqavilə yeniləmə, avrokuboklara qatılma və televiziyadan gəlir götürmək kimi hüquqlardan məhrum olunub. Bu mövsüm Yunanıstanı Avrliqada təmsil etməli olan AEK klubunu isə "Asteras Tripolis" komandası əvəzləyəcək. Qeyd edək ki, UEFA İntizam Komitəsi daha öncə Türkiyənin 3 klubunu - "Beşiktaş", Bursaspor" və "Qaziantepspor" komandalarını avrokuboklardan kənarlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA