Oqtay Gülalıyevin səhhəti pisləzib

img

31-05-2012 [10:38]


Aprel ayında Sabirabadda, çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulan ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin səhhəti pişləşib. Bağısaq çatı və babasil düyünündən əziyyət çəkən fəalın ağrıları artıb. Mayın 31-də ?Media forum? saytına danışan vəkil Yalçın İmanov deyib ki, məhbus səhhətini ağrıkəsicilərin hesabına nəzarətdə saxlayır: ?Oqtay Gülalıyev mütləq əməliyyat olunmalıdır. Penitensiar Xidmətin Baş Tibb İdarəsi onun təcili əməliyyat olunmasına rəy verib. Amma hələ də əməliyyat olunmayıb?. Vəkil onu da qeyd edib ki, Oqtay Gülalıyevin ailə üzvləri ilə görüşünə icazə verilmir: ?10 gündən çoxdur Sabirabad Rayon Polis Şöbəsinə görüşlə bağlı müraciət olunub. Müraciət təmin olunmur. Belə davam etsə, işi aparan müstəntiqdən məhkəməyə şikayət ərizəsi verəcəyik?. Oqtay Gülalıyev Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunur. Aprelin 19-da Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Vətəndaş cəmiyyəti fəalı Şüvəlandakı istintaq təcridxanasında saxlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA