Tahir Abbaslı: ?iqtidar Azərbaycana həmin güclərdən daha çox ziyan vurur?

img

31-05-2012 [12:47]


?Ola bilsin ki, Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələr var və onlar ölkəmizdə insan haqlarının vəziyyətinin pis olmasına ikiəlli səs verirlər. Amma reallığa, gözümüzün qabağında olan vəziyyətə nə sözləri?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qətnaməsinə iqtidarın sərt yanaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifət fəallarının, jurnalistlərin həbsi, addımbaşı mülkiyyət hüquqlarının pozulduğu bir ərəfədə Avropa Parlamentinin qətnaməsini qərəzli saymağın özü qərəzlidir: ?Dəfələrlə tələb olunmasına baxmayaraq iqtidar Arif Hacılını, Bəxtiyar Hacıyevi digər müxalifət fəllarını, ?Xural? qəzetinin böhtanla tutulan baş redaktoru Əvəz Zeynallını azadlığa buraxmayıb. Bundan başqa günün günorta çağı insanların min-bir əziyyət hesabına tikdiyi evlər saniyələr içində sökülür. Bu zaman vətəndaşlara, xüsusilə də qadınlara qarşı zorakılıq nümayiş etdirilib. Belə olan halda Azərbaycanda insan haqlarının necə pozulmadığını demək olar??. T.Abbaslı başqa bir məqama da toxunub: ?İqtidar nümayəndələri israrla iddia edirlər ki, Avropa Parlamentinin qətnaməsinin Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanıb. Fikrimcə iqtidar yuxarıda qeyd etdiyim reallığı dəyişməməklə Azərbaycana həmin güclərdən daha çox ziyan vurur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA