Arif Hacılı sabah həbsxanadan çıxacaq; Hakimiyyət ona yasda iztirak üçün icazə verir(YENiLƏNiB)

img

31-05-2012 [12:09]


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılının anası Zahidə xanım uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, bir müddət əvvəl məhbus müsavatçı Arif Hacılı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edərək anası ilə görüşünə şərait yaradılmasını istəmişdi. Anası son telefon danışığında Arif Hacılıya vəziyyətinin pis olduğunu, onu çox görmək istədiyini demiş və bunun üçün həbsxana rəhbərliyindən icazə almasını xahiş etmişdi. Müsavat başqanının müavini Gülağa Aslanlı qəzetimizə açıqlmasında bildirdi ki, Arif Hacılının anasının dəfnində iştirakı üçün lazım olan sənədlər hazırlanaraq prezidentə müraciət olunub: ?Biz gözləyirik ki, onu sabah dəfn mərasimində iştirak etmək üçün buraxsınlar?. Qeyd edək ki, gec saatlar olmasına baxmayaraq silahdaşları Arif Hacılının Bakıdakı evi qarşısına toplaşıb. Qeyd edək ki, mərhum Zahidə xanım doğulduğu Zaqatala rayonunda toprağa tapşırılacaq. Allah rəhmət eləsin! Onu da qeyd edək ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev Arif Hacılının anasının dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı lent. az-ın sualını cavablandırıb: ?Mən bu gün gec saatlara qədər işdə olmuşam. Həmin vaxt ərzində məhkumun adından bizə müraciət daxil olmayıb. Hər bir məhkumun ailə üzvləri, doğmaları dünyasını dəyişərkən dəfndə iştirakına icazə verilməsi ilə bağlı müraciət etmək hüququ var. Həmin məhkumdan da bu cür müraciət daxil olacaqsa, bu məsələyə dərhal və müvafiq qaydada qanunlar, eyni zamanda humanizm prinsipi çərçivəsində baxılacaq?. Son məlumata görə, sabh səhər A.Hacılı buraxılacaq. Müstəqil İnformasiya Agentliyinə ədliyyə sistemindən daxil olan məlumata görə, Arif Hacılının dəfndə iştirak etməsi üçün 3 və yaxud 7 gün müddətində buraxılması istiqamətində sənədləşdirilmə mərhələsinə başlanılıb: ?Artıq həbsxana rəhbərliyinə müvafiq təlimatlar gəlib. Sənədlər hazırlanma mərhələsindədir. Çox böyük ehtimalla sabah səhər o, həbsxana nəzarətçilərinin müşayiəti ilə Zaqatalaya yola salınacaq. Qanuna uyğun olaraq verilən icazə müddəti başa çatan günü o, geriyə ? həbsxanaya qaytarılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA