UEFA ?Beziktaz?, ?Bursasapar?u Avroliqadan məhrum etdi

img

30-05-2012 [07:50]


UEFA Türkiyənin ?Beşiktaş?, ?Bursaspor?, ?Qaziantepspor? klubları ilə bağlı bağlı şok qərar verib. Belə ki, adıçəkilən klublar 1 il müddətində Avropa kuboklarında oynamaq hüququndan məhrum edilib. ?Qara qartala verilən cəzanın səbəbi ?Beşiktaş?ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcunun olmasıdır. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər. Hazırda dərin maliyyə böhranı içində olan ?Beşiktaş? borclarını ödəyə bilmir. ?Timsah?ların cəzalandırılmasının səbəbi isə MBesumanın transeri zamanı 200 min avro transfer haqqının klubuna ödənilməməsidir. Analoji hal ?Qaziantepspor?a da şamil olunub. Hazırda bu qərarlardan Türkiyə şoka düşüb. Klublar qərarın həddən artıq ağır olduğunu bəyan edərək, apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA