QAT aksiya keçirmək üçüm meriyaya müraciət edib

img

30-05-2012 [03:37]


Qarabağ Azadlıq Təşkilatı Minsk qrupunun buraxılması tələbi ilə BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında piket keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət göndərib. QAT hesab edir ki, BMT-nin təşəbbüsü ilə yaradılmış bu qurum özünü doğrultmadı, ona görə də fəaliyyəti dayandırılmalı, məsələyə BMT səviyyəsində yenidən baxılmalı, Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxması üçün təsirli addımlar atılmalıdır. Bakı şəhər icra hakimiyyətinə göndərilmiş müraciətdə göstərilir: ATƏT Minsk qrupunun yarandığı gündən 20 il keçir və bu dövr ərzində qurum Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, münaqişənin ədalətli həlli istiqamətində heç bir müsbət nəticəyə nail olmamışdır. Bu quruma rəhbərlik edən həmsədr dövlətlər-ABŞ, Rusiya və Fransa açıq şəkildə ermənipərəst mövqe tutmuş və tutmaqdadırlar. Ona görə də Minsk qrupunun fəaliyyətinin davam etdirilməsinin, danışıqların bu çərçivədə aparılmasının heç bir mənası yoxdur. Biz dəfələrlə Minsk qrupundan imtina edilməsi tələbi ilə çıxış etmişik. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanuna uyğun olaraq aşağıda imza edən şəxslərin təşkilatçılığı ilə ATƏT Minsk qrupunun fəaliyyətinin dayandırılması tələbi ilə piketin keçirilməsi qərara alınıb. Piketin 2012-ci il iyunun 7-də saat 1200-dan 1300-dək Birləşmiş Millətlər Təşkilatının Bakıdakı nümayəndəliyi qarşısında keçirilməsi nəzərdə tutulur. Piketdə ?Qarabağa azadlıq!?, ?Minsk qrupu buraxılsın!?, ?Həmsədrlərin ermənipərəst siyasətinə son qoyulsun!?, ?İşğalçı Ermənistana qarşı sanksiyalar!? şüar və tələbləri səsləndiriləcəkdir. Piketdə qanunun tələblərinə uyğun olaraq 50 nəfərin iştirakı nəzərdə tutulur. Şəhər hakimiyyət orqanlarına qanuna uyğun olaraq tədbirlərin görülməsi üçün sərəncam verməyinizi xahiş edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA