Oqtay Əsədov Türkiyəyə gedir

img

29-05-2012 [05:20]


Milli Məclisin sədri Oqtay Əsədov sabah Türkiyəyə rəsmi səfərə gedir. Bu barədə saytımıza parlamentdən məlumat verilib. Məlumata görə, Azərbaycan parlamentinin spikeri mayın 31-dək Türkiyədə səfərdə olacaq. Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək. Forum mayın 30-31-i Türkiyənin İstanbul şəhərində olacaq. Nümayəndə heyətinin tərkibinə MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Pan Gi Mun çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA