MMP idarə Heyəti və Rayon Təzkilat sədrlərinin iztirakı ilə toplantı keçirilib

img

29-05-2012 [05:09]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon Təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib. Toplantıda partiyanın iyun ayının 4-nə planlaşdırdığı Siyasi Şuranın gündəliyi və ondan sonra mətbuat üçün keçiriləcək brifinqdə açıqlanacaq məsələlərin detalları, həmçinin partiyanın mövqeyində ediləcək koorektələr və dəyişikliklər geniş müzakirə edilib. Qeyd edək ki,rəhbərlik uzun zamandır MMP-də mübahisə müvzusu olan və partiya üzvləri arasında ikitirəlik yaradan məsələlərə son qoymaq niyyətindədir.Əgər nəzərdə tutulan məsələlər partiya üzvləri tərəfindən problemsiz qəbul edilsə, Muasir Musavat Partiyası 2013-cü il Prezident seçkilərinə yeni farmatda, yeni strategiya ilə qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA