Hafiz Hacıyev: ?Əli Kərimli ilə isa Qəmbər Azərbaycan xalqına düzmən mövqedə dayanıblar?

img

29-05-2012 [02:01]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bir müddətdir gözləmə mövqeyi tutsa da, artıq səssizliyi pozmağa qərar verib. Müstəqil İnfomasiya Agentliyinə müsahibə verən H.Hacıyev müxalifət liderlərinin ünvanına sərt ittihamlar da səsləndirib. [b]-Hafiz müəllim, bir müddət öncə Siz müxalifətlə əməkdaşlıq etmək üçün bütün siyasi təşkilatlara müraciət etdiniz. Hətta əvvəllər gərgin münasibətdə olduğunuz partiyalara da əməkdaşlıq əli uzatdınız, amma nəticə olmadı. Bunun səbəblərini nə ilə əlaqələndirirsiniz?[/b] -Bilirsiniz ki, 2010 parlament seçkilərindən sonra mən və rəhbəri olduğum partiya Azərbaycanda haqq mübarizəsinə başlamağı qarşımıza məqsəd qoyduq. Düşündük ki, bu yolda nəticə əldə etmək üçün bütün müxalifət qüvvələri ilə birgə əməkdaşlıq edək. Qarabağ məsələsinin həllində, demokratiyanın bərqərar olması istiqamətində səylərin birləşdirilməsi yönündə birgə mübarizə təklif elədik. Bu istiqamətdə bir sıra ciddi addımlar atdım. Keçmişdə eyni hakimiyyətdə təmsil olunduğum müəyyən qüvvələrə istər mətbuat, istərsə də şəxsi təmaslar vasitəsiylə müraciət elədim. Lakin, çox təəssüflər olsun ki, müraciətimə müsbət cavab ala bilmədim. Mən bilirdim ki, bu adamları demokratiya, milli maraqlar, ölkənin gələcəyi maraqlandırmır. Rəhmətlik Elçibəyin mənə dediyi sözlər var idi ki, bu adamların hansı xislətdə olduğunu açırdı. O, həmişə deyirdi ki, mənim ətrafımda xəyanətkar adamlar var, geri çəkilməliyəm ki, bunların aqibətini görüm. O zaman mən onun nə demək istədiyini tam dərk eləmirdim. Amma son anda rəhmətlik Elçibəyin dedikləri təsdiqini tapdı. Azərbaycan müxalifətini inhisara alan qüvvələr bizim atdığımız xoşməramlı niyyəti qulaqardına vurdu. Bəlkə də onların xidmət elədiyi dairələr buna imkan vermədi. [b]-Konkret olaraq kimləri nəzərdə tutursunuz?[/b] -Mən, əsasən İsa Qəmbərlə Əli Kərimlini nəzərdə tuturam. Xarici dövlətlərdən və bəzi mənfur qüvvələrdən dəstək alan Əli Kərimli müxalifətin ümumi birliyinin yaradılmasına və demokratiya naminə birgə mübarizənin formalaşmasına imkan vermədi. İl yarımdır ki, mən onun bu əməllərindən danışmırdım və özümə bir növ qadağa qoymuşdum ki, bəlkə düz yola gələr, millətin sözünü deməyə başlayarlar. Amma bunlar yenə də Azərbaycana düşmən olan dövlətlərin maraqlarına xidmət etməyə ara vermədilər, öz mənfur xislətlərindən əl çəkmədilər. Bu səbəbdən də artıq danışmağı qərara almışam. Hesab edirəm ki, Əli Kərimli ilə İsa Qəmbər Azərbaycan xalqına düşmən mövqedə dayanıblar. [b]-Düşmənçiliyi necə edirlər ki?[/b] -Onlar xalqın tərəfini tutan müxalifətin aparıcı qüvvələrinin hərəsinə bir böhtan ataraq, Azərbaycan müxalifətinin, Azərbaycan xalqının birliyini pozmaqla, müəyyən qüvvələrin ?əlinə? işləyirlər. Əli Kərimliyə Avropadakı bəzi qüvvələr faks göndərib ki, ?Eurovision? ərəfəsində pozuculuq yolu tutmalısan və bizə dəstək olmalısan. Mən, bu barədə yaxın günlərdə keçirəcəyim mətbuat konfransında ətraflı məlumat verəcəm və biabırçı faktları ictimaiyyətin diqqətinə çatdıracağam. Son aylarda bir neçə mitinq keçirdilər, görəndə ki, xalqdan heç bir dəstək ala bilmirlər, o dəqiqə gərginlik yaradaraq, ölkədə pozuculuq yolu tutdular. Amma bu taktikaları da işə yaramadı. Bu adamlar həm hakimiyyət daxilindəki bəzi qüvvələrlə separat danışıqlara getdilər, həm də xaricdəki qüvvələrin maraqlarına xidmət edən fəaliyyət göstərdilər. Əli Kərimli xaricdəki qohumlarından qrant, yaxud nağd pul ala-ala Azərbaycan xalqının mənafeyinə zidd addımlar atmağa başladı. Bunu Rəsul Quliyev də öz müsahibələrində bildirmişdi ki, bu adamlar xaricdən maliyyələşərək Azərbaycanın əleyhinə işləyirlər. Təbii ki, bu da Azərbaycan xalqına xəyanətdir. Ona görə də, mən, qərara gəldim ki, adını müxalifət qoyub, əslində mənfur əməllərlə məşğul olanların qarşısına çıxmaq lazımdır. Bu yolda əlimdən gələni edəcəm və onların əsl xislətlərin cəmiyyətə göstərəcəyəm. [b]-Əli Kərimli də, İsa Qəmbər də hakimiyyətə qarşı sərt mövqe sərgiləyirlər, özləri də müxalifət mövqeyindədirlər. Onların marağı nədir ki, hakimiyyətin xeyrinə olan prosesin iştirakçısı olsunlar?[/b] -Öncə onu deyim ki, bu adamlar çox yüksək səviyyəli həyat yaşayırlar. Hətta deyərdim ki, onlar hakimiyyətdə olan rüşvətxor məmurlardan da pis yaşamırlar. Mən çox məsələlərdən haliyəm və qısa müddətdə bunların hamısını açıqlayacağam. Hakimiyyətdə olan bəzi şəxslərlə mənim çox yaxın münasibətlərim olub. Bunu heç vaxt danmamışam, danmayacağam da. Mənim bir neçə nazirlə söhbətlərim olub, görüşmüşəm. Elə vaxt olub ki, ora Əli Kərmlinin, İsa Qəmbərin müəyyən adamlarının gəldiyinin şahidi olmuşam. Bunu görəndən sonra düşündüm ki, görəsən, insan bu rola necə girir? Sözün düzü, bunu müxalifətin aparıcı qüvvələrinin bir neçəsinin diqqətinə çatdırmışam. Yəni, bu adamlar siyasi alverlə məşğuldurlar. 20 ildir ki, bunların siyasi oyunları pul hərisliyinə söykənib. Özlərini müxalifət qüvvəsi hesab edənlərdən birinə hər ay universitetlərdən birinin rektoru tərəfindən 50 min manat verilir. Digər qanadı isə başqa qruplar tərəfindən maliyyələşdirilir. Bunlar həm hakimiyyətdəki bəzi qruplardan, həm də xaricdəki havadarlarından maddi dəstək alırlar. Bu gün əsl müxalifətçilər, vuruşan insanların hamısı həbsxanalardadır. Amma Əli Kərimli ilə İsa Qəmbər onların həbsindən siyasi alver məqsədi ilə istifadə edirlər. Bu günlərdə Əli Kərimlinin müavini Asəf Quliyevin Arif Hacılı haqqında fikirlərini yəqin ki, mətbuatda oxumusunuz. Bunun özü hər şeyi ortaya qoyur. Məndə məlumat var ki, Parisdə erməni diasporunun rəhbərlərindən biri Haruturyan Karenlə Əli Kərimlinin münasibətləri var. Bununla bağlı ciddi faktlara malikik. [b]-Nəyə görə bu məsələləri indi qaldırırsınız?[/b] -Mənim əsas marağım odur ki, qoy, xalq bunların kim olduğunu görsün. 2010-cu il parlament seçkilərindən sonra mən hakimiyyətlə tamamilə üzülüşmüşəm. Ondan sonra mənə təzyiqlər oldu, qəzetimi də bağladım, əmim oğlu həbs olundu. Amma gəlin görək, Əli Kərimlinin bir nəfər adamı tutulubmu? İsa Qəmbəri oğlunu əsgərliyə apardılar. Bu gün parlamentdə təmsil olunan bir nəfər şəxsin vasitəsilə bir aydan sonra onu ?yararsız? çıxarıb ordudan tərxis etdilər. Bu cür müxalifətmi olar? Bunlar hakimiyyətə gəlmək istəmirlər, sadəcə, deyirlər ki, siz yeyirsiniz, bizə də verin. Sual edirəm, İsa Qəmbər nəyə görə Lalə Şövkətin ünvanına ittihamlar səsləndirib, onu prosesdən uzaqlaşdırdı? Çünki Lalə xanım onların iyrənc oyunlarını bilirdi. Əli Kərimli vaxtiylə Əli Əliyev, Əvəz Temirxanla bir blokda təmsil olunurdu. Axırı nə oldu? Onları da aldatdı, aldıqları puldan onlara vermədi. Onlar xarici telekanallara hər ay yüksək məbləğdə vəsait ayırırlar. Görəsən bu vəsaitlər onlarada haradandır? Mən də hakimiyyətə gəlmək istəyirəm, amma mübarizəni ədalətli yolla aparıram, satqınlıq eləmirəm. Həmin o xarici qüvvələr əsl müxalifət qüvvələrini satın ala bilmədilər. Amma uzun müddət Əbülfəz Elçibəyə xəyanət edən bu iki şəxsi agentura şəbəkələrinə cəlb edə bildilər. [b]-Sizcə, bu cür açıqlamalardan sonra qarşı tərəfdə reaksiya necə olacaq? Deməyəcəklər ki, yenə hakimiyyət Hafiz Hacıyevi danışdırır?[/b] -Əgər onların vicdanı olsa, elə söz deməzlər. Əgər desələr, daha sərt açıqlamalarla cavablarını verəcəyəm. Hafiz Hacıyev ilyarımdır ki, hər şeyi kənara qoyub bunlara birgə mübarizə təklif edir. Amma bu adamlar hər şeyi pula satıb, xalqın əleyhinə olan mövqedən çıxış edirlər. Əgər mənim fikirlərim qarşısında artıq-əskik nəsə desələr, onları teledebatlara da dəvət edəcəm və orda kimlərə satıldıqlarını sübut edəcəyəm. Onların nə deyəcəyindən asılı olmayaraq, mən mübarizəmi davam etdirəcəyəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA