ictimai Palata Novxanıya yığızıb (Yenilənir)

img

28-05-2012 [11:37]


1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 94 il ötür. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşib. 1918-ci il sentyabrın 15-də baş verən döyüşlərdən sonra Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb. Onu da qeyd edək ki, bu satlarda İctimai Palata Novxanıda, Rəsulzadənin abidəsi önündə bayram tədbirinə başlayıb. Tədbiri İP Koordinasiya Şurasının üzvü Rahim Hacıyev aparır. Müsavat başqanı İsa Qəmbər çıxışında Azərbaycan demokratik qüvvələrinin Rəsulzadə ideyaları uğrunda mübarizəsindən, müxalifətin İctimai Palatada birləşməsindən danışıb, aparılan mübarizənin tezliklə qələbə ilə bitəcəyinə inamını ifadə edib. İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir çıxışında Rəsulzadənin ?heçdən bir bayraq? yaratdığını, Sovetlərin işğalı ilə endirilən o bayrağın müstəqillik uğrunda mübarizə nəticəsində yenidən ucaldıldığını xatırladıb, ?Respublikamızı geri qaytaracağıq? deyə bildirib. Qarabağ Bloku adından çıxış edən ADP sədri Sərdar Cəlaloğlu hakimiyyəti Respublika Gününü onun adına, mahiyyətinə uyğun keçirmədiyi üçün ittiham edib. Bildirib ki, vaxtilə Rəsulzadə xalqa müstəqilliyin şirin dadını dadızdırdıqlarını bildirirdi, indiki iqtidar isə onun acı dadırmaqla məşğuldur. ?Iqtidar xalqı dövlətə yadlaşdırmaqla məşğuldur. Azərbaycan xalqına layiq iqtidarı bərqərar etməliyik? - deyə Cəlaloğlu çıxışında qeyd edib. Lakin Şərqin ilk demokratik cümhuriyyətinin hakimiyyəti 23 ay sürüb və 1920-ci il aprelin 27-də 11-ci Qızıl ordu Bakın işğal edib. #252;st#601;r

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA