Müxalifət Partiyası Ramil Usubova müraciət etdi

img

27-05-2012 [11:12]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Bakıda yol hərəkətinin tənzimlənməsinə yönəlik tədbirlərin sistemləşdirilməsi ilə əlaqədar daxili işlər naziri Ramil Usubova və DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət hazırlayıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, müraciətdə deyilir: ?Azərbaycanda keçirilmiş ?Eurovision? mahnı müsabiqəsinin davam etdiyi müddətdə Bakıda yol hərəkətinin tənzimlənməsi istiqamətində görülmüş tədbirlər nəticəsində bir həftə ərzində paytaxt küçələrində ənənəvi avtomobil tıxaclarının və hərəkətə mane olan neqativ halların qarşısının alınmasının şahidi olduq. Bu, bir daha təsdiqlədi ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi Xidmətinin öz işinə məsuliyyətli yanaşdığı təqdirdə, yollarda paytaxtın sürücüləri, eyni zamanda piyadaları üçün rahat və təhlükəsiz hərəkət şəraitinin yaradılması mümkündür. Cənablar! Bu baxımdan, ?Eurovision? müsabiqəsinin yekunlaşması ilə Bakıda yol hərəkətinin təmzimlənməsi istiqamətində həyata keçirilmiş tədbirlərin bu axarda davam etdirilməsi çox vacibdir. Əks halda, Baş Dövlət Yol Polisi Xidmətinin yalnız ?xüsusi hallar?da öz vəzifəsinin öhdəsindən gələ bildiyi haqda qənaətlər daha da möhkəmlənəcək. Paytaxt sakinlərinin arzusunu əks etdirən bu müraciətə diqqətlə yanaşacağınıza inanırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA