Altıntop aranı qarızdırdı

img

27-05-2012 [10:05]


?Qalatasaray?ın, xsusiylə baş məşqçi ateh Terimin israrla heyətə cəlb etmək istədiyi ?Real Madrid?in türk oyunçusu Həmid Altıntop Türkiyəni deyil, Almaniyanı seçməyə yaxındır. Türkiyə mətbuatının xəbərinə görə, qardaş ölkədə səfərdə olan ?Real?ın baş məşqçisi Jose Mourinyodan Altıntop üçün ?Yardımcı olaram? vədini alan Terimin xəyalı suya düşə bilər: ?Terim İstanbulda ?Real?lı həmkarı Joze Mourinyo bir araya gəlib, Həmidi istədi. Joze ?Həmid bizim üçün önemli bir isim. Ancaq özü ?Real?dan ayrılmaq istəyərsə, problem yoxdur? , -deyə, müsbət cavab verib. Ancaq deyəsən bu istək və vəd havada qalacaq. Belə ki, araya Almaniyanın ?Hambruq? klubu girib. Artıq alman klubu Həmid üçün rəsmi təkliflə də çıxış edib. Düşündürücüdür ki, Həmidin özü də Almaniyada oynamaq istədiyini açıqlayıb. Türkiyə mili komandasının heyətində hazırda Avstriyada hazırlıq matçları oynayan Həmid Altıntop düşərgədən ayrıldıqdan sonra ?Hambruq?la masaya da oturacağını gizlətməyib?. Türkiyə mətbuatı yazır ki, Altıntop illik 3 milyon avroya ?Qalatasaray?da oynamaq niyyətində deyil: ?O, Türkiyədəki futbol həyatının çox stresli olmasından narazıdır. Ona görə də ikinci vətəni Almaniyanı seçir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA