"Barselona" kuboku Abidaal üçün qaldırdı

img

26-05-2012 [08:13]


İspaniya "kral kuboku"nun finalında "Atletik" (Bilbao) klubu ilə qarşılaşan "Barselona" rəqibini titulsuz qoyub. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan Kataloniya təmsilçisi kubokun sevincini yaşayarkən, bir müddət öncə qaraciyərindən əməliyyat olunan komandanın müdafiəçisi Erik Abidalı da unutmayıblar. "Kral kuboku"nun qazanılmasından sonra Abidalın formasını kubokun üzərinə keçirən "Barselona"lı futbolçular bununla da, zəfəri ona həsr etdiklərini nümayiş etdiriblər. Üstəlik matçdan sonra açıqlama verən futbolçular daha çox Abidal və artıq komanda ilə yollarını ayırmış Pep Qvardiola haqda danışıblar. Qeyd edək ki, mayın 21-də xəstəxanadan ayrılan Abidalın bir müddət daha yaşıl meydanlardan kənarda qalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA