Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırıldı

img

26-05-2012 [07:07]


İctimai Palatanın Koordinasiya Şurasının xahişi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırılıb.Koordinasiya Şurasının aksiya iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib ki, aclıq aksiyasının məqsədi Azərbaycanda insan haqlarının pozulmasına, həbsdə olan vicdan məhbuslarına beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi. İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, aksiya iştirakçıları məqsədlərinə nail olub, beynəlxalq təşkilatlar və KİV aksiya iştirakçılarının tələblərini dünya ictimaiyyətinə çatdırıb. Koordinasiya Şurası eyni zamanda aclıq edən xanımların səhhətinin pisləşməsini nəzərə alaraq aksiyanın dayandırılmasını xahiş edib. Qeyd edək ki, aclıq aksiyası 12 gün davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA