?Xalq Gəzintisi? zamanı saxlanılan müxalifət fəallarına inzibati cəza verilib

img

26-05-2012 [03:59]


Mayın 25-də Azərbaycan paytaxtında, Dənizkənarı Milli Parkda İctimai Palatanın ?Xalq Gəzintisi? zamanı saxlanılan 4 müxalifət fəalı məhkəmənin hökmü ilə inzibati həbs cəzasına məhkum edilib. İctimai Palatanın Mətbuat Mərkəzindən verilən məlumata görə, bunlar Cəmil Hacıyev (6 sutka, ADP), Rövşən Nəsirli (5 sutka, bitərəf), Dəyanət Babayev (6 sutka, AXCP) və Təzəxan Mirələmlidir (5 sutka, AXCP). Bundan başqa, 15-dən artıq müxalifət fəalı müxtəlif məbləğlərdə cərimələnib və məhkəmə qərarı ilə xəbərdarlıq olunub. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, hazırda Səbayel Rayon Məhkəməsində müxalifət fəallının işinə baxılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA