ADP-nin hakimiyyətdən tələbi var

img

26-05-2012 [03:57]


ADP İctimai Palatanın təyin etdiyi ?xalq gəzintisi?nin polis və mülki geyimli şəxslər tərəfindən amazıscasına dağıdılmasını dinc aksiya iştirakçısının zorakılığıa məruz qalmasını və həbs olunmasını pisləyən bəyanat verib. Bəyanatda bildirilir ki, aksiya iştirakçılarının əksəriyyətinin azad olunmasına baxmayaraq, ADP GT-nın sədri Cəmil Hacıyev, AXCP GT-nın sədri Əbülfəz Qurbanlı və Müsavat Partiyasının GT-nın sədri Səxavət Soltan saxta və qondarma ittihamla müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. ADP baş verən bu hadisəni qətiyyətlə pisləyir və bildirir ki, aksiyanın amansızcasına dağıdılması ölkədə fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Partiya aksiya iştirakçılarının qeyri-qanuni olaraq saxlanılmasını, onlara işgəncələr verilməsini və qeyri-qanuni olaraq həbs olunmasını hakimiyyətin müxalif düşərgəyə qarşı zaman-zaman apardığı repressiya siyasətinin tərkib hissəsi kimi dəyərləndirir. ADP hakimiyyəti müxalif düşərgəyə qarşı apardığı asmansız repressiya siyasətini dərhal durdurmağa, ölkədə fundamental insan hüquq və azadlıqları bərpa etməyə və ölkəni vətəndaş qarşıdurmasına sürükləməkdən əl çəkməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA