Polis rəisi ADP-çi gənci cibgir adı ilə tutdurdu... və üzr istədi

img

25-05-2012 [11:30]


İctimai Palatansn İTV qarşısında aksiya keçirdiyi gün yoxa çıxan ADP gənclər müşaviri Cəmil Hacıyev aksiyada iştirakı əngəllənsin deyə səhər saatlarında Binəqədi rayonunun mülki geyimli polis işçiləri tərəfindən 18 nömrəli avtobusda gedərkən saxlanılıb. Yaşadığı yerə yaxın ərazidə, 18 nömrəli avtobusda camaat onu müdafiə etmək istədikdə isə mülki geyimlilər onun guya cibgir olduğu üçün həbs edildiyini elan ediblər. Cəmil Hacıyev isə ucadan bildirib ki, ADP-nin Gənclər müşaviridir və xalqın cibini soyanlar Prezident Administrasiyasında oturublar. Bundan sonra onu zorla Binəqədi rayon Polis İdarəsinə aparıb saat 17-30-a qədər orada saxlayıblar. Daha sonra 5 saylı polis bölməsinə apararaq guya 8-ci mikrorayonda dayanacaqda uca səslə söyüş söydüyü üçün saxladıqlarını protokollaşdırıb Binəqədi məhkəməsində 25 manat cərimələdiblər. Maraqlıdır ki, 5-ci polis bölməsində rəisin təkidinə baxmayaraq heç bir zabit Cəmil Hacıyevin üzünə durmaq istəməyib. Cəmil Hacıyev azpolitika.info-ya bildirib ki, buna görə, onların arasında ciddi mübahisə yaranıb, hətta polislər əlbəyaxa olma həddinə çatıblar. ?Sonda bu funksiyanı yerinə yetirən məndən üzr istədi və onu başa düşməyi xahiş etdi. Mən də onu yaxşı başa düşdüyümü bildirdim və dedim ki, rejimin ömrünə çox qalmayıb.? Saat 19-30-a qədər ac-susuz saxlanılan C.Hacıyev azad ediləndən sonra yaxınlıqda olan Müsavat partiyasının qərargahına gedib və başına gələnləri aclıq aksiyasını işıqlandıran xarici jurnalistlərə danışıb. V.Nəsibov, "Azpolitika.info"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA