Daha bir Qalatasaray?lı ?Fənərbaxça?ya keçir

img

25-05-2012 [10:59]


?Fənərbaxça keçmiş ?Qalatasaraylı, hazırda İspaniyanın ?Valensiya?komandasında oynayan Mehmet Topalla artıq razılaşıb. Yaxın günlərdə Topal ?Fənərbaxça? ilə rəsmi müqavilə bağlayacaq. Müstəqil İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq futbolçunun özü və meneceri ilə prinsip razılaşma əldə olunub: ?Rəhbərlik Topalla maddi məsələni də həll edib. Ancaq Mehmet Topal ?Valensiya? ilə halallaşıb, ayrılmaq istəyir. Bunun üçün də ?Valensiya?nın yeni baş məşqçisi Maurikio Pellegrino ilə görüşəcək. Qarşıdakı günlərdə bu görüş gerçəkləşəcək. Bundan sonra yollar rəsmən ayrılacaq?. Xatırladaq ki, ?Fənərbaxça? illər əvvəl daha bir ?Qalatasaray?lını rənglərinə bağlayıb. O zaman Əmrənin transferi ?Aslan?ın azarkeşlərində böyük qıcıq yaratmışdı. Şübhə yox ki, Topalın transferi də belə bir qəzəb yaradacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA