iP ictimai TV qarzısında aksiya keçirdi, 40-a yaxın etirazçı tutuldu(yenilənib)

img

24-05-2012 [03:03]


Bu gün Ictimai Palata İctimai Televiziya qarşısında aksiya keçirib. Aksiya öncəsi bir neçə müxalifət fəalının saxlanaraq, polis bölmələrinə aparıldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanı dağıtmağa səy göstərsələr də, İTV qarşısına gəlib çıxan bəzi piketçilər şüarlar səsləndirməyə nail olublar. İctimai Palatanın mətbuat mərkəzinin koordinatoru Leyla İlqarın jurnalistlərə dediyinə görə, təxminən 30-35 nəfər saxlanıb. Başqa bir informasiyaya görə, həbs edilənlərin ümumi sayı 50-yə yaxındır. Müxalif İctimai Palata mayın 24-ü saat 13-ə İctimai Teleradionun binası qarşısına piket təyin etmişdi. Piketin əsas tələblərindən biri İctimai Teleradioda müxalif düşərgəyə efir vaxtı ayrılması idi. İP-in mətbuat mərkəzi xəbər verir ki, aksiyadan duyuq düşən polislər gənclərə mane olmağa çalışıblar, qarışıqlıq düşüb. Nəticədə 20 gənc saxlanılaraq polis bölmələrinə aparılıblar. İctimai Palatanın bu gün Bakı şəhərində İTV-nin qarşısında ?Müxalifətə efir verilsin!? tələbi ilə hakimiyyət orqanları ilə razılaşdırılmamış keçirdiyi aksiyada bir qrup ADP-çi gənclər də aktiv iştirak edib. ADP-çi gənclər ? Cavid Əsgərov, Osman Əhmədov, Azər Sadıqov, Şəhla Hacıyeva və Rəsul Mürsəlov polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Polis və mülki geyimli şəxslər ADP-çi gənclərdən Cavid Əsgərov, Osman Əhmədov, Azər Sadıqov və Rəsul Mürsəlova qarşı xüsusi amansızlıq göstərmiş onları həbs edərək naməlum istiqamətə aparıblar. Onların hazırda harada saxlanması barədə dəqiqləşdirilmiş məlumat yoxdur. Həbs olunan gənclərin Yasamal RPİ-də saxlanması barədə də məlumatlar var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA