isa Qəmbər ilham Əliyevə müraciət etdi

img

23-05-2012 [02:58]


Müsavat başqanı İsa Qəmbər İctimai Palatanın bu gün keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. İ.Qəmbər prezidentə müraciət edərək bildirib ki, hazırda həbsdə olan vicdan məhbusları azadlığa buraxılaraq onlara ?Eurovision?da iştirak etmək üçün bilet verilsin. Müsavat başqanı son zamanlar müxalifət qüvvələrinin keçirdiyi mitinqlərə toxunaraq qeyd edib ki, İctimai Palata nümayəndəlri sabah saat 13:00-da İctimai televiziyanın qarşısında aksiya keçirəcəklər. Qeyd edək ki, konfransda yerli KİV nümayəndələri ilə yanaşı ?Eurovision? müsabiqəsi ilə bağlı ölkəmizə gələn bir çox xarici media mənsubları da iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA