Fazil Mustafadan Moldova və Gürcüstana ittiham

img

22-05-2012 [03:28]


Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa da İran məsələsi ilə bağlı fikir söyləyib. Deputat bildirib ki, Azərbaycan elə eləməlidir ki, İran tərəfinin əlinə bəhanə verməsin. F.Mustafa İrana qarşı dünya ölkələrinin etirazını haqlı hesab edir. Deputat daha sonra Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələsinə toxunaraq qeyd edib ki, Gürcüstan və Moldova heç vaxt işğal faktını təsdiq etməyib. ?Mən hələ bir dəfə də olsa beynəlxalq tədbirlərdə görməmişəm ki, Moldova və Gürcüstan Dağlıq Qarabağ bölgəsinin işğal olunduğu faktını dilə gətirsin. Halbuki, Azərbaycan dəfələrlə Abxaziya, Osetiyadan danışaraq onların işğal olunduğunu qeyd edib?-deyə millət vəkili vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA