ictimai Palata mayın 25-də bulvarda aksiya keçirmək qərarı verdi

img

22-05-2012 [12:47]


Müxalifət qüvvələrinin toplaşdığı İctimai Palata Bakı bulvarında yürüş-mitinq keçirməklə bağlı qərar qəbul edib. Müsavat Partiyasından verilən məlumata görə, İctimai Palata mayın 25-də Dənizkənarı Milli Parkda dinc yürüş keçirəcək. Yürüş-aksiyada müxalifət liderlərinin də iştirak edəcəkləri gözlənilir. Aksiyada əsas məqsəd müxalifət nümayəndələrinin etiraz səsini bulvarda istirahət edən yerli və xarici turistlərin diqqətinə çatdırmaqdır. Qeyd edək ki, bu gün İctimai Palata nümayəndələri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA