Lalə Şövkət hakimiyyətədən köklü siyasi islahatlar tələb etdi

img

21-05-2012 [03:15]


Azərbaycan Liberal Partiyasının lideri professor Lalə Şövkət partiya rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanın daxili və xarici siyasətinin bəzi aspektləri müzakirə edilib. Lalə Şövkət ölkədə mövcud daxili siyasi vəziyyətin son dərəcə gərgin olduğunu qeyd edib. O bildirib ki, mövcud gərgin ictimai-siyasi vəziyyətdən ən optimal çıxış yolu köklü siyasi islahatlardan keçir. O, Bakıda keçirilən ?Eurovision? musiqi yarışının ölkəmizin, bayrağımızın və mədəniyyətimizin təbliğatında mühüm yer aldığını söyləyib. L.Şövkət qeyd edib ki, ?Eurovision?nın paytaxtımızda keçirildiyi zaman siyasi dustaqların məhbəsdə saxlanılmasını Azərbaycanın imicinə böyük xələl gətirir. Onun fikrincə dustaqları həbsdən azad etməklə ölkənin imicini bu zərbədən qorumaq hələ də gec deyil. O, iqtidarı siyasi dustaqları dərhal azad etməyə çağırıb. Müşavirədə həmçinin gərginləşən Azərbaycanın-İran münasibətləri müzakirə olunub. Lalə Şövkət İranla qarşılıqlı faydalı xoş qonşuluq münasibətlərinin qorunmasının ölkəmizin maraqlarına cavab verdiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA