"çelsi" "Bavariya"nı devirdi, çempionlar Liqasını qazandı

img

20-05-2012 [02:45]


Bakı vaxtı ilə saat 23.45-də start götürən Çempionlar Liqasının finalında "Bavariya" doğma vətənində İngiltərənin "Çelsi" klubuna məğlub olaraq, Avropanın ən mötəbər yarışının kubokunu başı üzərində qaldırmaq sevincindən məhrum olub. Xatırladaq ki, final matçının Münhendə keçirilməsi "Bavariya" üçün əlavə üstünlük olub. 2010-cu ildə finalda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Bavariya" klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmaqla, 2 il əvvəlki günahını yumağa çalışıb. Hətta 83-cü dəqiqədə hesabda önə də çıxıb. Amma "Çelsi" Droqba ilə bu qoldan cəmi 5 dəqiqə sonra hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə edilmiş 30 dəqiqədə hesabda dəyişiklik olmadığından hakim qalibi penaltilərlə müəyyənləşdirib. Penaltilərdə ?Çelsi?dən Xuan Mata əvvəlcə topu qapı toruna göndərə bilməyib. Bu, ?Bavariya?lı azarkeşlərdə böyük sevinc yaratsa da, Ivica Oliçin də penaltini dəqiq yerinə yetirməməsi, alman oyunçularda psixoloji gərginlik yaradıb. Yəqin elə buna görə də Bastian Şveyensteger də qol şansını heç verib. Topa son yaxınlaşan Droqba isə komandasının qələbə qolunu da vurub. Bu qol ?Çelsi?nin mötəbər yarışı penaltilərlə 5-4 qazanmasını təmin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA