Platini: ?Fənərbaxça?ya qadağanı mən qoymadım?

img

20-05-2012 [01:04]


?CNN? kanalına ilginc açıqlamalar verən UEFA başqanı Mişel Plati Türkiyədə danışılmış görə yaşanan olaylarla bağlı maraqlı faktlara toxunub. O, ?Fənərbaxça?nın Çempionlar Liqasına almadığınız üçün peşman deyilsiniz ki? sualına qardaş ölkənin futbolsevərlərini yaxından maraqlandıracaq cavabı verib: ?Fənərbaxça?ya qadağanı mən qoymadım, nizam-intizam komitəsi belə bir qərarı aldı. Bu barədə danışarsam, ?Fənərbaxça?nın vəkilləri məni məhkəməyə verə bilər. Bu, bir intizam söhbətidir. Geçən il qadağanı qoyaraq cəsur bir addım atdıq, amma bu il necə olacaq, onu bilmirəm?. Platini danışılmış oyunlarda adı keçən 16 klubla bağlı qeyri-müəyyən açıqlama verib: ?Onların ağıllanıb-ağıllanmadığını bəribaşdan demək olmaz. Türkiyədəki vəziyyət uzun bir hekayədir, amma mən qısa cavab verəcəyəm. Bu, intizam məsələlərini maraql?ndıran bir problemdir. Əlimizdə bəzi müsbətə doğru faktlar var, amma bildiyiniz kimi, nizam-intizam komitəsi mənə bağlı deyil, müstəqil qurumdur. Bir qərar alacaqları şəksizdir, amma bu qər?rın nə olacağını mən deyə bilmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA