"Bavariya" - "çelsi": Bu gün Avropanın nəhəngi müəyyənləzir

img

19-05-2012 [07:05]


Bu gün Bakı vaxtı ilə saat 23.45-də Çempionlar Liqasının final mərhələsi keçiriləcək. Həlledici görüşdə "Bavariya" və "Çelsi" klubları üz-üzə gələcək. Final matçının Münhendə keçirilməsi "Bavariya" üçün əlavə üstünlük sayılır. 2010-cu ildə finalda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Bavariya" klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Almaniya Bundesliqası və kubokunda "Borussiya" (Dortmund) klubuna uduzan Münhen təmsilçisi ÇL-i qazanmaqla mövsümü titulla başa vurmaq niyyətindədir. Bu mövsüm İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran "Çelsi" klubu də kuboka iddialıdır. 2008-ci ildə Moskvada keçirilən final matçında "Mançester Yunayted"ə penaltilər seriyasında məğlub olan "zadəganlar" da həmin uğursuzluğu unutdurmağa yaxındır. Bunun üçün "Çelsi" Münhendə "Bavariya"nı üstələməlidir. Lakin "Bavariya"nın buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğurur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA