MMP Hacıbala Abutalıbovu məhkəməyə verir

img

17-05-2012 [06:37]


MMP-nin 19 mayda keçirmək istədiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib. Cavabı meriyanın şöbə müdiri Zaur Ramazanov hələlik şifahi şəkildə verib. ?Qanunvericiliyə görə, ən gec mayın 16-də cavablandırılmalı olan məktub hələ də cavablandırılmalıydı. Nərimanov metro stansiyasının ətrafında və yaxud Füzuli meydanında beş min nəfərlik mitinq keçirməyə qərar verən partiya rəhbərliyi bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında MMP-nin İdarə Heyəti,Mitinq Komitəsi və Bakı rayon təşkilatlarının fəalları ilə birgə toplantı keçirib.Toplantıda BŞİH ?nin səhlənkar ,etikadankənar , kansititusiyaya zidd bu addımını Hacıbala Abutalıbovun növbəti demokratik dəyərləri heçə sayması kimi qiymətləndirilib ,ölkə ücün çox həssas olan bir dövrdə dövlət rəsmilərinin çox diqqətli və ehtiyatlı olmalarının vacibliliyi səsləndirilib. Toplantıda qərara alınıb ki,Hacıbala Abutalıbov bu qanunsuz hərəkətlərinə görə məhkəməyə verilsin ,həmçinin hövbəti mitinqin vaxtını təyin etmək üçün gələn həftənin bazar ertəsi MMP İH və Mitinq Komitəsi yenidən bir araya gəlsin

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA