Ictimai Palata hakimiyyəti məhkəməyə verdi

img

16-05-2012 [01:45]


Mayın 16-da İctimai Palatanın üzvləri Rafiq Manaflı, Tofiq Yaqublu və Asəf Quliyev Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə veriblər. Bu barədə məlumat verən Tofiq Yaqublunun sözlərinə görə, vəkil Əshabəli Mustafayev iddiaçıların şikayət ərizələrini hazırlayıb və 1 saylı Bakı Şəhər İnzibati-İqtisad Məhkəməsinə təqdim edib. İddiaçılar rəsmi təşkilatçısı olduqları İctimai Palatanın 22 aprel mitinqinə Bakı Şəhər İcra Hakimiyyətinin normal şərait yaratmadığını, Nəqliyyat Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin isə mitinqə maneələr törətdyini, nəqliyyat problemi və digər problemlər yaratdıqlarını əsas göstərirlər. Bu səbəbdən də adıçəkilən rəsmi qurumların qanunsuzluğa yol verdiyinin məhkəmə tərəfindən təsdiq olunmasını və iddiaçıların hər birinə 1000 manat təzminat ödənməsi barədə qərar çıxarılmasını tələb edirlər. T.Yaqublu bildirdi ki, 22 aprel mitinqinə maneələr yaradıldığını sübuta yetirən video materiallar və digər sənədlər var. Onların hər biri məhkəməyə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA