Hafiz Hacıyev Böyük Britaniyalı dirlomatla gürüzüb

img

15-05-2012 [05:14]


Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Böyük Britaniyanın Azərbaycandakı Siyasi Məsələlər üzrə ikinci katibi və ÜN konsulu Endrü Harvey ilə görüşüb. Görüşdə Azərbaycan- Böyük Britaniya münasibətləri haqda ətraflı fikir mübadiləsi aparılıb. Bu münasibətlərin daha da dərinləşdirilməsinin perspektivləri müzakirə olunub. Daha sonra bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri,superdövlətlərlə münasibətlərin daha da sıxlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanda mövcud olan problemlərə də toxunulub. Həmçinin regionda və ölkədəki siyasi durum, sərbəst toplaşmaq azadlığı ilə bağlı yaşanan çətinliklər, söz və mətbuat azadlığı, çoxpartiyalılığa yaradılan maneələr, seçkilərin saxtalaşdırılması barədə də müzakirələr aparılıb. Biritaniyalı diplomat isə vurğulayıb ki, onun ölkəsi Azərbaycanın demokratik inkişafında maraqlıdır və ən müxtəlif yollarla buna nail olmağa çalışır. Sonda qərara alınıb ki, MMP ilə Britaniya səfirliyi arasında mütamadi olaraq bu cür görüşlər keçirilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA