MMP-də Mitinq Komitəsi toplandı

img

14-05-2012 [10:37]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında MMP-nin mayın 19 na planlaşdırdığı mitinqlə bağlı Mitinq Komitəsinin və MMP ?nin Təşkilat şöbəsinin birgə mitinqlə əlaqədar genişləndirilmiş toplantısı keçirilib. Toplantıda 19 may mitinqinə hazırlıq işləri müzakirə edilib və təşkilatların özək sədrlərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda dünən ,Mitinq Komitəsinin verdiyi məlumata görə hazırda rayon təşkilatları mitinqlə bağlı əhali ilə intensiv işlər aparır. Bu işdə partiya fəalları mitinqə çağırışla əlaqədar xüsusi fəallıq nümayiş etdirirlər. Hazırlıqların vəziyyəti haqqında MMP-nin Təşkilatı Məsələlər üzrə sədr müavini Fərhad Əliyev hazırlıqlarla bağlı daha geniş məlumat verdi: ?Şüarlar və bayraqlar artıq hazırdır?. Mitinqə ciddi hazırlaşdıqlarını deyən Fərhad Əliyev mitinqin möhtəşəmliyini təmin etmək üçün bütün variantlardan istifadə edildiyini dedi . Onun sözlərinə görə, hazırda MK ən ucqar rayon və qəsəbələrində əhali arasında təbliğat işləri aparır.Fərhad Əliyev Partiya üzvləri ilə yanaşı bitərəflərin də bu mitinqdə iştirak edəcəyini dedi; ?Bununla bağlı təşkilat üzviləri genişmiqyaslı işlər aparır.Əgər BŞİH-i bizə istədiyimiz yerdə icazə versə və maniələr olmasa mitinq iştirakçılarının sayını dediyimiz sayda təşkil edə biləcəyik. Hesab edirik ki,olkədə demokratik şəraiti təmin etmək üçün və insanları marifləndirmək üçün bu aksiyalar vacibdir. Biz mitinqlərdə sayımızı, coşqunu artıra bilsək istədiyimizə mütləq nail olacağıq. Qeyd edək ki,MMP 19.05.2012-ci il tarixində, saat 15:00-dan 17:00-dək Nərimanov metro stansiyasının ətrafında və yaxud Füzuli meydanında beş min nəfərlik mitinq keçirməyə qərar verib və bununla bağl BŞİH-nə mqraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA